Şamaxıda polis əməliyyat keçirdi - Narkotik satışında şübhəli bilinən şəxlər saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Şamaxıda polis əməliyyat keçirdi - Narkotik satışında şübhəli bilinən şəxlər saxlanıldı

Qafar Ağayev08:52 - Bu gün
Şamaxıda polis əməliyyat keçirdi - Narkotik satışında şübhəli bilinən şəxlər saxlanıldı

Şamaxıda polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a bildirilib ki, həyata keçirilən tədbirlərlə əvvəllər də analoji və digər cinayət əməllərinə görə məhkum edilmiş 49 yaşlı Nazim Cahangirov saxlanılıb.

Ondan ümumilikdə 8 kiloqrama yaxın marixuana aşkar olunub. Saxlanılan şəxs narkotik vasitənin satışını planlaşdırdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N.Cahangirov barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər