Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yeni sədr təyin olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yeni sədr təyin olunub

Qafar Ağayev13:12 - 23 / 04 / 2025
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yeni sədr təyin olunub

Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə Ramin Alik oğlu Rzayev Nazirliyin tabeliyində Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri təyin olunub.

1news.az xəbər verir ki, Ramin Rzayev 1977-ci ildə anadan olub. 2000-ci ildə Türkiyə Respublikasının Ankara Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini bitirib.

2003-2018-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin tabeliyində “Mərkəzi Klinika” MMC-nin Hüquq şöbəsinin müdiri, Təftiş Departamentinin sədri, 2019-2021-ci illərdə “Azeract Consulting” MMC-nin direktoru vəzifələrində çalışıb.

2021-ci ildən hazırkı vəzifəsinə qədər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini işləyib.

Paylaş:
152

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər