10 kiloqramadək narkotik vasitə aşkarlandı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 27-də mayın 27-də ümumi çəkisi 9,5 kiloqramdan artıq narkotik vasitə,aşkar olunaraq götürülüb.
Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, dövriyyədən çıxarılan narkotik vasitələr 21 ədəd psixotrop tərkibli həb və kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 1,6 ton çəkidə 5331 ədəd çətənə kolu olub.
Qeyd edilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
93