Fransız Senatı 15 yaşdan kiçik şəxslər üçün qismən sosial media qadağasını təsdiqlədi | 1news.az | Xəbərlər
Dünya

Fransız Senatı 15 yaşdan kiçik şəxslər üçün qismən sosial media qadağasını təsdiqlədi

Qafar Ağayev09:27 - Bu gün
Fransız Senatı 15 yaşdan kiçik şəxslər üçün qismən sosial media qadağasını təsdiqlədi

Fransada 15 yaşdan kiçiklər üçün sosial media məhdudiyyəti ilə bağlı qanun layihəsi Senatda qəbul edilib.

1news.az xəbər verir ki, Parisdə keçirilən Senatın plenar iclasında 15 yaşdan kiçiklər üçün sosial media istifadəsinə qadağa tətbiqini nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılıb.

Senatorlar layihəyə Senat komissiyası tərəfindən edilən dəyişiklikləri dəstəkləyərək sənədi ümumi səsvermədə qəbul ediblər.

Senatda qəbul edilən layihəyə əsasən, 15 yaşdan kiçik şəxslərə müəyyən şərtlər daxilində sosial media qadağası tətbiq olunması nəzərdə tutulur.

Layihədə qeyd olunur ki, gənclərin fiziki, psixi və mənəvi inkişafına mənfi təsir göstərə biləcək sosial media platformaları xüsusi qərarname ilə 15 yaşdan aşağı istifadəçilər üçün qadağan edilə bilər. Həmçinin bu platformalar istifadəçilərin yaşını yoxlamaq öhdəliyi daşıyacaq.

Digər platformalar üçün isə 15 yaşdan kiçiklərin sosial mediaya çıxışı ən azı bir valideynin icazəsinə bağlanacaq.

Qanun layihəsi növbəti mərhələdə senatorlar və deputatlardan ibarət birgə komissiyada müzakirə olunacaq. Komissiyada tərəflər vahid mətn üzərində razılığa gəlməyə çalışacaqlar.

Fransada qanun layihəsinin parlamentdən keçməsi üçün həm Senatın, həm də Milli Assambleyanın eyni mətn üzrə razılığa gəlməsi tələb olunur.

Qeyd edək ki, parlamentin aşağı palatası olan Milli Assambleyada yanvarın 26-da qəbul edilən layihə Senat variantından fərqli olaraq, 15 yaşdan kiçiklər üçün sosial media qadağasının bütün platformalara şamil edilməsini nəzərdə tuturdu.

Paylaş:
83

Son xəbərlər

Bütün xəbərlər