Hərbi sursat anbarında partlayış: 13 ölü, 57 yaralı | 1news.az | Xəbərlər
Dünya

Hərbi sursat anbarında partlayış: 13 ölü, 57 yaralı

Oksana Orucova13:00 - Bu gün
Hərbi sursat anbarında partlayış: 13 ölü, 57 yaralı

Burundinin Bujumbura şəhərinə bağlı Musaga bölgəsində ordunun əsas sursat anbarında partlayış baş verib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, hadisə elektrik nasazlığı səbəbindən baş verib. Nəticədə azı 13 mülki şəxs həyatını itirib, 3-ü hərbçi olmaqla 57 nəfər yaralanıb.

Ordudan bildirilib ki, güclü partlayış ətrafdakı ev və avtomobillərə ciddi ziyan vurub, hərbi texnika və obyektlər yanaraq yararsız hala düşüb. Partlayışın təsiri ilə qəlpə və dağıntı hissələri 5 kilometrdən çox məsafəyə yayılıb.

Qeyd edək ki, Musagadakı hərbi anbar sıx yaşayış məntəqəsində, hərbi baza və həbsxananın yaxınlığında yerləşir.

Paylaş:
86

Son xəbərlər

Bütün xəbərlər