Ərdoğan Trampı Ankarada qarşıladı
ABŞ Prezidenti Donald Trump NATO Sammitində iştirak etmək üçün Ankaraya gəlib.
1news.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Trampın təyyarəsi bir qədər əvvəl Ankara hava limanına eniş edib. ABŞ prezidentini əvvəlcə Türkiyə rəsmiləri qarşılayıb, daha sonra isə Rəcəb Tayyib Ərdoğan Ankarada onunla görüşüb.
Səfər çərçivəsində Trampın Ərdoğanla ikitərəfli görüş keçirməsi, həmçinin bir sıra digər ikitərəfli təmaslarda iştirak etməsi nəzərdə tutulur. ABŞ prezidenti eyni zamanda NATO liderlərinin iclaslarına da qatılacaq.
80












