Azərbaycan dilində keyfiyyətli süni intellekt xidmətləri məhduddur - Ramid Namazov
“Azərbaycan dilində keyfiyyətli süni intellekt xidmətlərinin məhdudluğu mövcuddur ”.
1news.az xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov komissiyanın rəhbərliyi ilə keçirilən "Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması" mövzusunda ictimai müzakirədə deyib.
Bildirilib ki, öz dilimizdə güclü modellər yaratmaq mədəni və linqvistik suverenliyimizi daha da artıracaq. Bununla yanaşı, süni intellekt strategiyası dörd əsas istiqamətdə əldə edilir. Demək bunlar: süni intellekt idarə edilməsinin təkmilləşdirilməsi, məlumatların idarə edilməsi və rəqəmsal infrastrukturun inkişafı, kadr potensialının gücləndirilməsi və ictimai maarifləndirmədir.
Strategiyada açıq şəkildə vurğulanıb ki, cəmiyyətin süni intellektin təkcə imkanları deyil, həm də riskləri barədə maarifləndirilməsi və bu sahədə etik prinsiplərin qorunması dövlətin prioritet vəzifələrindəndir. Bu çərçivədə yaradılan Süni İntellekt Akademiyası beynəlxalq standartlara uyğun tədris proqramları vasitəsilə 500 mühəndisin hazırlanmasını və 3000 nəfərlik süni intellekt icmasının formalaşdırılmasını hədəfləyir.
"Bu sahənin inkişafı ilə bağlı onu demək olar ki, Azərbaycan süni intellekt sahəsindəki strategiyası, Azərbaycanın xüsusi sahələrdə suverenliyi təmin edərkən, digər sahələrdə beynəlxalq tərəfdaşlıqdan faydalanan, balanslaşdırılmış bir modeldir".












