ABŞ ordusu Karib dənizində qayığa zərbə endirib: 4 nəfər öldürülüb | 1news.az | Xəbərlər
Dünya

ABŞ ordusu Karib dənizində qayığa zərbə endirib: 4 nəfər öldürülüb

Oksana Orucova10:00 - Bu gün
ABŞ ordusu Karib dənizində qayığa zərbə endirib: 4 nəfər öldürülüb

ABŞ ordusu Karib dənizində narkotik kartellərinə məxsus olduğu bildirilən qayığa qarşı əməliyyat keçirib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Cənub Komandanlığından (SOUTHCOM) verilən məlumata görə, hücum nəticəsində 4 nəfərin öldürüldüyü açıqlanıb.

Açıqlamada bildirilib ki, əldə edilən kəşfiyyat məlumatları qayığın narkotik qaçaqmalçılığı fəaliyyətində aktiv şəkildə istifadə edildiyini göstərib.

SOUTHCOM öldürülənləri “narko-terrorçu” adlandırıb.

Bu əməliyyat ABŞ ordusunun beynəlxalq narkotik qaçaqmalçılığına qarşı Karib hövzəsində həyata keçirdiyi son əməliyyatlardan biri kimi qiymətləndirilir.

Paylaş:
46

Son xəbərlər

Bütün xəbərlər