1news.az

AID Group şirkətlərinin azərbaycanlı təsisçisi Bakıda İngilis Dili Tədris Mərkəzini açdı

4 İyun saat 10:30 ~ 7 dəqiqəlik oxu 5880
AID Group şirkətlərinin azərbaycanlı təsisçisi Bakıda İngilis Dili Tədris Mərkəzini açdı

Azərbaycanın paytaxtında AİD Dil Mərkəzini açan xaricdəki AID Group şirkətlərinin təsisçisi Nigar Əliyeva ilə müsahibə.

Dil mərkəzini açmaq ideası necə yarandı?

- Mən fikir vermişəm ki, tələbələr yayınmağı xoşlayır. Mən də tələbə olmuşam və bilirəm. Eləcə də, müəllimlər, ən çox tələbələrini kitab materiallarından istifadə edərək öyrədirlər. Amma ingilis dili öyrənmək böyük aləmdir. Bu aləmdə, o qədər öyrənmək lazımdır ki, sərbəst ingilis dilində danışa biləsən. Statistikaya görə, bir insan bir kitab oxuyursa və kitab minimum 200 vərəqdən ibarətdirsə, tələbə təbii olaraq bir çox hadisələrə diqqətini yayındırır və bu kitabı bir həftəyə bitirir. Lakin bu vaxt ərzində

materialın 75% -i unudulur. 20% isə gündəlik həyatda istifadə edilmir. Buna görə də, demək olar ki, qalan 5% tələbənin ya hansısa hadisəyə görə, ya da vizual olaraq reallaşan hadisə ilə əlaqəli yaddaşında qalır. Bizim mərkəz yalnız material öyrətmir, həmçinin həftə arası günlərdə materiallar ilə birliktə tələbələrin xatirələrini əlaqələndirəcək, və ya gələcək planları ilə əlaqəli, onların yadlarında ancaq söz və cümlələr qalmasın, bilsinlər ki, nəyə görədi bu. Həftəsonu tələbələr bizim kinoteatrda öyrəndikləri materiallara əsasən film izləyəcəklər. Film, beynin fotokopia yaddaşı olma səbəbindən tez yadda qalır. Filmlər alt

yazılarla olacaq və filmlərin sonunda əlbəttə ki, müəllimlər filmin materialı əsasında tələbələrlə ünsiyyət quracaqlar. Bundan əlavə, tələbələrə ev tapşırıqları veriləcək. Sonra, biz “Danışıq Klubu” yaratdıq. Bu, müəllimlərlə tələbələri əlaqələndirəcək. Harda ki, müəyyən səviyyəli qruplar, onların gələcək planları, bir-birlərinə motivasiya vermək, onları narahat edən və təhsilə necə düzgün yanaşmaları haqqında müzakirələrdə cəmləşirlər. Danışıq klubuna digər ölkələrdən də qoşulacaqlar, Azərbaycanın uğurlu kadrları sübut edəcəklər ki, tələbələr Azərbaycanın gələcəyidir və Azərbaycan, gənc kadrları qətiyyətlə dəstəkləyir.

Layihə zamanı siz və komandanız hansı çətinliklərlə üzləşdiniz? (Vitse-prezident Emil Nadirli söhbətə qoşulur)

- Əlbəttə ki, bizim çətinliyimiz olub. Biz hər zaman düşünmüşük təhsilə necə yeniliklər gətirə bilərik ki, onu qəlizləşdirmədən hər kəsə əlçatan edək. Bizim komanda həvəs və yeni fikirlər ilə dolu idi, birgə səylər nəticəsində biz bu idealarımızı reallaşdırdıq.

Nigar xanım, mərkəzin müəllim heyəti haqqında daha ətraflı məlumat verin? Mərkəzinizdə müəllim seçimi nəcə idi və necə oldu?

- Bu ən çətin mərhələlərdən biri idi. Açılışı tam olaraq, il yarım uzatmışam. Səbəbi yalnız öyrətməklə yanaşı, həm də işlərini çox sevən müəllimlər tapmaq istəyimdir. Mən, çox şən insanam və ünsiyyəti sevirəm. Belə bir misal var, “Ünsiyyət açardır.” Müəllimlərin tələbələrə yalnız dərs təklif etmələri deyil, həm də, fərqli oyunlar, tələbənin əhval-ruhiyyəsinə uyğun fərqli mövzular təklif etmələri mənə lazımdır. Mən Azərbaycanın Təhsil Naziri haqqında oxumuşam. Çox intelektual və müasir nazirdir. Bu, həqiqətən sevindiricidir və Azərbaycanın çox modern bir ölkə olduğunu göstərir. Azərbaycanda təhsilin müasirliyi məni sevindirir. Bu mənim vətənimdir, mənim vətənim göz qabağında çiçəklənir və dünyanın ən gözəl və müasir şəhərlərindən biridir, bu məni çox qürurlandırır. Hər gün Azərbaycanda getdikcə daha çox uğurlu gənc kadrlar olduğunu görürəm. Buna görə dərslər də müasir üslubda olacaqdır. Məqsəd, tələbəni öyrətməkdir. Tələbə “evə qaçmaq” haqqında fikirləşməsin, vaxtının çoxunu AİD Dil Mərkəzimizdə keçirtməyə qərar versin.

Sizin mərkəzinizdə hansı materiallardan istifadə olunacaq?

- Materiallar müxtəlifdir, əsasən ingilis dilli ölkələrə aid olacaq.

Nigar xanım, mərkəzinizi başqalarından fərqləndirən əsas və üstün cəhətləriniz nələrdir?

-Tələbəni götürmürük ki, tələbə qalsın və daha çox pul ödəsin bizə, tələbəni götürürük ki, mümkün qədər tez ingilis dilində danışsın və dostlarına məsləhət görsün ki, ABŞ, Kanada, İngiltərə, İtaliya, İspaniya atmosferi olan binaya necə qəfil “düşmüşdü”. Otaqlarımız hamısı dünyanın müxtəlif şəhərlərinin dizaynında hazırlanmışdır. Məsələn, Nyu York otağı, London otağı, Los Angeles, Paris, Roma, Çikaqo, Berlin, Helsinki və s.

Nigar xanım, siz patriotsunuz, əminəm ki, bu sizin mərkəzin proqramına da təsir etməyə bilməzdi - necə təsir edib?

- Təbii ki! Başqa cür ola da bilməz. Biz Azərbaycan tarixinin ingilis dilində tədrisinin, bütün tələbələr üçün məcburi bir hissəsi olacaq yeganə məktəbik. Tələbələr Azərbaycanın nə qədər böyük ölkə olduğu barədə turistlərə daha ətraflı məlumat vermək üçün Azərbaycan tarixini öyrənməli olacaqlar. İnanın, bu vacibdir. Biz öz tariximizi bilməliyik. İnsanlar binanın fotoşəkillərini çəkəndə çox xoş olur və siz gəzib bu binanın bütün tarixini təsvir edirsiniz. Bu, hətta xaricə gedən turistlərə xoş olur. Soruşanda “Haradansan?” Artıq tələbələr ingilis dilində Azərbaycan haqqında rahat danışa bilərlər və başa sala bilərlər ki, Azərbaycana yaxşı mənada paxıllıq edə bilərsiz. Mən Azərbaycanla fəxr edirəm. Qürurla, hər kəsə Azərbaycan haqqında danışa bilərəm və sadəcə interneti açıb, Bakının necə şəhər olduğunu göstərə bilərəm. Sadəcə, bir çox sakinlər bu gözəlliyə alışmışlar və artıq adi görürlər. Ancaq ölkəmizə, qəribçilikdə olan insanların gözü ilə baxın. İnanın ki, siz əgər uzaqda olsa idiniz, başa düşərdiniz ki, Azərbaycanın hər bölgəsi, küçələri, dükanları, yeməkləri, nəhəng binaları və İçərişəhəri - çox əzizdir. Bu küçələrin qoxusu xatirələrə bürünür. Mənim ölkəm o qədər gözəldir ki, xaricdə hər gün onun uğurlarını bölüşürəm. Təbii ki, unutmazdım. Buna görə də, ingilis dilində olan Azərbaycan tarixi dərsi məcburi və pulsuz olacaqdır.

Şagirdlərin yaş kateqoriyası müxtəlifdir, bu tədris metodikanıza necə təsir edir? Hər yaş qrupu üçün tədris metodları haqqında məlumat verin.

-7yaşdan 60a qədər hər kəs, AİD Dil Mərkəzimizdə təhsil ala bilər. Uşaqlar üçün əlavə ingilis dilində beyinlərini inkişaf etdirməsi və “məşq etdirməsi” üçün xüsusi oyunlar hazırladıq. Balaca dostlarımızı səylə dəstəkləyirik ki, gələcəkdə ölkəmizin gözəlliyini və tarixini bütün dünyaya tanıtsınlar.

Xeyriyyəçilik işləriniz də, bizə məlumdur - bu istiqamətdə hansı layihələr həyata keçirilib və yaxın gələcəkdə hansı planlarınız var?

-Mən düşünürəm ki, Allah qarşısında həmişə düz iş görürəm. Çalışıram ki, çətinlik çəkənlərə köməklik göstərim. Mən hətta çalışıram ki, xeyriyyə cəmiyyəti yaradım. Xırda da olsa, çünki mən elə də “böyük adam” deyiləm,Allah rızası üçün və ürəyimin rahatlığı üçün, çörəyimi, ehtiyacı olanlarla yarı bölərəm.

Nəticələr barədə bizə məlumat verin - nə qədər tez xarici dildə sərbəst ünsiyyətə başlaya bilərəm?

-Fikirləşirəm ki, 3ay ərzində intensiv proqramla sərbəst öz fikirlərini çatdıra bilər. İngilis dilini tam və peşəkar öyrənmək üçün vaxt lazımdır. Ancaq 3-cü ayda nəticəni görəcəyik.

Tələbələrinizə arzularınız və gələcək təhsillərinizə ilham vermək üçün nə demək istəyirsiniz? (Vitse-prezident Emil Nadirli söhbətə qoşulur).

-Məqsədyönümlü olun. Hər şey sizin iradənizdən başlayır.

Nigar xanım, mərkəzinizdə təhsil alan tələbələr təhsillərini Amerika və Kanadada davam etdirə bilərmi? Onlara hər hansı bir xüsusi bonuslar veriləcəkmi?

-Əlbəttə. Xaricdə təhsil şöbəmiz var. Xaricdə təhsillərini davam etdirmək istəyən tələbələrimiz güzəştlər, lazım olduqda təqaüdlər də alacaqlar. Həmişə çalışırıq ki, xaricdə təhsildə minimum 25% endirim əldə edək. Universitetlər ilə ZOOM görüşlərini intensiv keçiririk və tələbələrimizin marağının öyrənməyə yönəldilməsi üçün əlimizdən gələni edirik.

AID Dil Mərkəzinin fəaliyyəti haqqında daha çox məlumatı sosial şəbəkələrdə əldə etmək olar:

Facebook - https://www.facebook.com/AID-Language-Center-101487654928287/

Instagram - https://www.instagram.com/aidlanguage/?hl=ru

Rəsmi sayt - http://www.aidlanguage.com/

Əlaqə nömrələri: 070 830-01-61, 070 830-02-61, 070 830-02-71

Mövzu ilə əlaqədar oxuyun:

Wall Street-də olan azərbaycanlı America IDream kompanyası haqqında bilməli olduğunuz lazım olan hər şey – FOTO

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Müsahibə BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net