Azərbaycanda “Elmi kadrlar” Milli İnformasiya Sistemi yaradılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda “Elmi kadrlar” Milli İnformasiya Sistemi yaradılıb

17:26 - 28 / 01 / 2020
Azərbaycanda “Elmi kadrlar” Milli İnformasiya Sistemi yaradılıb

AMEA-da "Elmi kadrlar" Milli İnformasiya Sistemi yaradılıb.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev bildirib ki, "Elmi kadrlar" Milli İnformasiya Sistemi ölkə Prezidentinin "Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 10 dekabr 2018-ci il tarixli Sərəncamına əsasən yaradılıb.

R.Əliquliyev qeyd edib ki, 2019-cu ilin martından başlayaraq, bu işin elektronlaşdırılması həyata keçirilib və ötən ilin oktyabr ayında layihə Rəyasət Heyətinə təqdim olunub:

"Bu sistem institunun saytında yerləşdirilib. Həmin sistemin bir hissəsi AMEA-nın saytında yerləşdiriləcək. Bu sistem vasitəsilə elmi işçilər özləri haqqında müxtəlif istiqamətlər üzrə suallara cavab verəcəklər. Ancaq sistemdə bütün elmi işçilər haqqında deyil, elmi fəaliyyət ilə məşğul olan kadrlar haqqında məlumat olacaq. Sistemdə fərd haqqında 110 parametr üzrə məlumat əldə etmək mümkün olacaq".

Bunu dövlət üçün vacib strateji məlumat bazası sayan R.Əliquliyev qeyd edib ki, bu sistemdən Ali Attestasiya Komissiyası, AMEA və digər aidiyyatı qurumlar faydalana biləcək.

R.Əliquliyev əlavə edib ki, sistem elmi kadrlar haqqında informasiya resurslarının, elmi tədqiqatlar haqqında informasiya bazasının formalaşdırılmasına və ona əlçatanlığın təmin edilməsinə, elmi fəaliyyətin qiymətləndirilməsinə, təşkilatların elmi fəaliyyətinin monitorinqinin aparılmasına imkan verəcək.

1news.az

Paylaş:
860

Son xəbərlər

Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29
Bütün xəbərlər