Bakıda “Könlüm Xocalı” adlı anım tədbiri keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “Könlüm Xocalı” adlı anım tədbiri keçirilib

16:37 - 26 / 02 / 2020
Bakıda “Könlüm Xocalı” adlı anım tədbiri keçirilib

Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə fevralın 26-da Bakı Konqres Mərkəzində “Könlüm Xocalı” adlı tədbir keçirilib.

1news.az-ın məlumatına görə, tədbirdə Xocalı soyqırımının şahidləri, dövlət rəsmiləri, gənclər təşkilatlarının rəhbərləri və ölkədə fəaliyyət göstərən könüllü hərəkatları və təşkilatlarının iki minə yaxın üzvü, Polis Akademiyası, Ali Hərbi Akademiya və Dövlət Sərhəd Xidməti Akademiyasının yüzlərlə müdavimi iştirak edib.

Tədbir zamanı Xocalı soyqırımını əks etdirən xarici və yerli fotoqrafların lentə aldığı tarixi fotolardan ibarət sərgi təşkil edilmiş, həmçinin soyqırım həqiqətlərindən bəhs edən nəşr və təbliğat materialları əks olunmuş “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının xüsusi stendi quraşdırılıb.

Eyni zamanda, tədbirdən əvvəl “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Milli Qəhrəman Əlif Hacıyevə həsr edilmiş “Qırmızı ləçəklər” kitabının təqdimatı keçirilib. 

Tədbir dövlət himninin səslənməsi və faciə qurbanlarının xatirəsinin yad olunması ilə başlanmış, iştirakçılara soyqırım barədə xüsusi hazırlanmış təqdimat nümayiş etdirilib. Bildirilib ki, 1992-ci il fevralın 25-dən - 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirilən soyqırım nəticəsində bir gecədə 106-sı qadın, 63-ü uşaq, 70-i ahıl insanlar olmaqla 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib.

Xüsusi olaraq vurğulanıb ki, bu faciənin xalqımıza qarşı soyqırım aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası soyqırımın tanınmasında mühüm rol oynayıb.

“Könlüm Xocalı” tədbirinin bədii hissəsində dünyaca məhşur TEULİS teatrının təqdimatında soyqırımından bəhs edən kölgə-teatral tamaşası nümayiş olunub. Fransız bəstəkar Piyer Tiluanın “Xocalı-613” adlı kompozisiyasının musiqisi ilə müşayiət olunan səhnədə soyqırım gecəsi baş vermiş dəhşətlər və bu hadisənin minlərlə insanın ümid və talelərini məhv etməsi təsvir olunub.

Tədbirdə Milli qəhrəman Əlif Hacıyevə həsr olunmuş xüsusi videoçarx nümayiş olunub. Mərhum Əlif Hacıyevin həyat yoldaşı Qalina Hacıyeva və qızı Zarina Hacıyeva çıxış edərək, Milli qəhrəmanın həyat yolundan, vətəninə, dövlətinə bağlılığından, həmçinin Qarabağ müharibəsi zamanı qəhrəmanlıqlarından danışıblar. Əlifin ailə üzvləri, həmçinin ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Qarabağ müharibəsi şəhidlərinə yüksək ehtiramını və onların ailə üzvlərinə qayğısını vurğulayaraq, cəmiyyətimizdə, xüsusilə də gənclər arasında Qarabağ şəhidləri və veteranlarının adının uca tutulmasını qeyd ediblər.

Yekunda çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəaliyyətinə görə Heydər Əliyev Fondunun vitse-Prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirib, tədbirdə iştirak edən gəncləri və təşkilatları bu işdə fəal iştirak etməyə, beynəlxalq və regional tədbirlərdə, sosial şəbəkələrdə Azərbaycanın haqqlı mövqeyini daha da səylə qorumağa çağırıb.

1news.az

Paylaş:
558

Son xəbərlər

Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54
Bütün xəbərlər