Çin şirkəti əfsanəvi “İkarus” zavodunu satın ala bilər | 1news.az | Xəbərlər
Dünya

Çin şirkəti əfsanəvi “İkarus” zavodunu satın ala bilər

16:57 - 13 / 09 / 2019
Çin şirkəti əfsanəvi “İkarus” zavodunu satın ala bilər

Macarıstan paytaxtında ən ağır vəziyyətdə olan Matyaşfölde rayonunda yerləşən sənaye parkı (bir vaxtlar burada "İkarus" markalı avtobuslar yığılırdı) xarici sərmayəçiyə satıla bilər.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Budapeştin XVI rayonunun başçısı Peter Kovaç bununla bağlı rayon qəzetinə geniş müsahibə verib. Onun sözlərinə görə, zavodun alıcısı qismində Çin sərmayəsi ilə işləyən macar şirkəti çıxış edə bilər. Sənaye parkının ərazisində elektromobillərin yığılması üzrə istehsal həyata keçiriləcək, həmçinin Çin mallarının anbarlara vurulması və paylanması əməliyyatları aparılacaq. Hazırda mülkiyyətçilərin əl dəyişdirməsi prosesi davam edir və bu səbəbdən alıcı şirkətin adı rəsmi olaraq açıqlanmır.

Çin-Macarıstan ticarət əlaqələri üzrə ekspertlər bildiriblər ki, alıcı qismində Çinin böyük hibrid avtomobillər və elektromobillər istehsalçısı olan BYD şirkəti çıxış edə bilər. Onlar əlavə ediblər ki, bu şirkət artıq macar iqtisadiyyatına sərməyələr qoyub və 2017-ci ildə Avropada ilk elektrobus zavodunu işə salıb. BYD 2018-ci ilin dekabrında ilk elektrobusu Şalqotaryan bələdiyyəsinə təhvil verib.

Qeyd olunur ki, əvvəllər keçmişi xatırlayanlar üçün "İkarus" zavoduna ekskursiyalar təşkil olunurdu. Lakin bundan sonra həmin turların çətin olacağı bildirilir. Eyni zamanda, zavodun ərazisində torpaq o qədər toksik maddələrlə çirklənib ki, burada yaşayış binaları inşa etmək üçün yerin 15 metr dərinliyində olan səthi dəyişdirilməlidir.

1news.az

Paylaş:
754

Son xəbərlər

Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04Sevinc Fətəliyeva: Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir18 / 04 / 2024, 21:30Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32
Bütün xəbərlər