Dağlıq Qarabağın azərbaycanlı icmasında 4 ölkənin səfiri ilə görüş keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Dağlıq Qarabağın azərbaycanlı icmasında 4 ölkənin səfiri ilə görüş keçirilib

14:21 - 18 / 09 / 2020
Dağlıq Qarabağın azərbaycanlı icmasında 4 ölkənin səfiri ilə görüş keçirilib

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması müxtəlif ölkələrin Azərbaycandakı diplomatik nümayəndəlikləri ilə görüşlərini davam etdirir.

İcamadan 1news.az-a verilən məlumata görə, Ermənistanın Azərbaycana qarşı daha da intensivləşmiş aqressiv siyasəti ilə regionda gərginləşən vəziyyətlə əlaqədar Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması müxtəlif ölkələrin Azərbaycandakı diplomatik nümayəndəlikləri ilə məlumatlandırıcı görüşlərini davam etdirir.

2020-ci il sentyabrın 16-17-də icma Xorvatiya səfiri Branko Zebiç, Çexiya səfiri Milan Ekert, Macarıstan səfiri Viktor Szederkenyi və Latviya səfiri Dainis Qarançs ilə görüşlər keçirib.

Görüşlər zamanı icma Ermənistanın təcavüz siyasəti, işğal etdiyi ərazilərimizdə qanunsuz fəaliyyəti, təbii resurslarımızın istismarı, müharibə cinayəti hesab edilən məskunlaşma siyasəti, su resurslarından təmas xəttinə yaxın ərazilərdə yaşayan əhalimizə qarşı ekoloji terror vasitəsi kimi istifadə etməsi kimi məsələləri xüsusi olaraq vurğulayıb.

İcma təcavüzkar Ermənistanın torpaqlarımızın işğalına son qoyması və qaçqın və məcburi köçkün əhalimizin öz doğma yurd-yuvasına qayıtması üçün beynəlxalq təşkilatların Ermənistana təzyiq göstərməsinin vacibliyini bildirib.

Paylaş:
687

Son xəbərlər

"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43
Bütün xəbərlər