DİN-dən vətəndaşlara: İnzibati cərimələrin tətbiqində məqsəd təqsirkar şəxsə maddi zərər yetirmək deyil | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN-dən vətəndaşlara: İnzibati cərimələrin tətbiqində məqsəd təqsirkar şəxsə maddi zərər yetirmək deyil

18:20 - 09 / 04 / 2020
DİN-dən vətəndaşlara: İnzibati cərimələrin tətbiqində məqsəd təqsirkar şəxsə maddi zərər yetirmək deyil

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə polis əməkdaşlarının vətəndaşları lüzumsuz yerə cərimələmələrinə və əhaliyə məqsədli şəkildə zərər verilməsinə dair yayılan iddialara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov 1news.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün müəyyən etdiyi hərəkət məhdudiyyətlərinə nəzarət tədbirləri Daxili İşlər Nazirliyi tərəfindən məqsədyönlü şəkildə davam etdirilir:

"Xüsusi karantin rejiminin tələblərini pozan şəxslər haqqında görülən hüquqi məsuliyyət tədbirləri ilə əlaqədar bildiririk ki, inzibati cərimələrin tətbiqində məqsəd təqsirkar şəxsə maddi zərər yetirmək deyil, insanları məhz müvafiq hüquq pozuntularını törətməkdən, xüsusən ciddi zərurət olmadan və müəyyən edilmiş qaydada icazə almadan evdən çıxmaqdan çəkindirmək, nəticə etibarı ilə ölkəmizin hər bir sakininin sağlamlığını qorumaqdır. Bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, özlərinin və ailə üzvlərinin sağlamlığına biganə qalmamağa çağırırıq".

S.Xankişiyeva

 

 

Paylaş:
468

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər