Leyla Əliyeva Fondun layihələri çərçivəsində Bakının bir sıra tibb müəssisələrində olub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Leyla Əliyeva Fondun layihələri çərçivəsində Bakının bir sıra tibb müəssisələrində olub – FOTO

09:23 - 21 / 08 / 2019
Leyla Əliyeva Fondun layihələri çərçivəsində Bakının bir sıra tibb müəssisələrində olub – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva avqustun 20-də Fondun layihələri çərçivəsində paytaxtdakı Talassemiya Mərkəzində, 1 saylı Şəhər Kliniki Xəstəxanasında, Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə olunan uşaqlarla və onların valideynləri ilə görüşüb.

Heydər Əliyev Fondu ötən müddət ərzində səhiyyə və sosial sahələrdə bir sıra layihələr həyata keçirib. Bu layihələr sırasında “Talassemiyasız həyat naminə”, ürək qüsurlu uşaqlar, xüsusi qayğıya ehtiyacı olan şəxslərə dəstək və digər səhiyyə və sosial proqramları qeyd etmək olar.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində görülən işlərlə tanışlıq məqsədilə növbəti dəfə paytaxtdakı Talassemiya Mərkəzində olub. Fondun təşəbbüsü ilə yaradılan Talassemiya Mərkəzinin əsas məqsədi ixtisaslaşdırılmış tibb ocağının və qan bankının təşkili, yüksək ixtisaslı kadrların hazırlanması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qan komponentləri ilə təmin edilməsidir.

Daha sonra 1 saylı Şəhər Kliniki Xəstəxanasında müxtəlif şöbələrdə müalicə alan uşaqlara baş çəkildi, balacaların tezliklə sağalması arzuları ifadə olundu. Qeyd edildi ki, hazırda xəstəxananın uşaq-cərrahiyyə korpusunda 40-a yaxın uşaq müalicə alır.

Tibb müəssisələrində müalicə olunan uşaqlarla növbəti görüş Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında baş tutdu. Uşaqların müalicəsinin gedişi ilə maraqlanan Leyla Əliyeva Fondun səhiyyə və sosial sahələrlə bağlı məsələləri daim diqqətdə saxladığını bildirdi.

Balacalara, həmçinin müxtəlif hədiyyələr təqdim edildi.

S.Xankişiyeva

Paylaş:
433

Son xəbərlər

Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18
Bütün xəbərlər