Los Anceles radiosunda Xocalı həqiqətlərindən danışılıb – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Los Anceles radiosunda Xocalı həqiqətlərindən danışılıb – VİDEO

11:17 - 24 / 02 / 2020
Los Anceles radiosunda Xocalı həqiqətlərindən danışılıb – VİDEO

ABŞ-ın Los Anceles şəhərində fəaliyyət göstərən tanınmış “Environmental Directions” radio proqramının dəvətilə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Xocalı soyqırımına dair sözügedən proqrama müsahibə verib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan 1news.az-a bildirilib ki, müsahibədə N. Ağayev ilk öncə Qarabağın əzəli Azərbaycan torpağı olması, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə ətraflı danışaraq, BMT Təhlükəsizlik Şurası tərəfindən bu işğalı pisləyən dörd qətnamənin qəbul edilməsinə baxmayaraq, Ermənistanın hələ də bu qətnamələrə və dünya birliyinin iradəsinə məhəl qoymadığını qeyd edib.

Daha sonra Xocalı soyqırımı barədə geniş məlumat verən diplomat, bu cinayəti törədənlərin hələ də cəzasız qaldıqlarını diqqətə çatdırıb. Baş konsul bildirib ki, ermənilər nə qədər Xocalı soyqırımını inkar etsə də, faktları dəyişdirmək mümkün deyil. N.Ağayev bu səpkidə Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın Xocalı qətliamına dair etdiyi etirafı diqqətə çatdırıb.

N.Ağayev 2008-ci ildən bəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında “Xocalıya Ədalət” beynəlxalq kompaniyası çərçivəsində görülmüş işlər sayəsində Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması istiqamətində mühüm addımlar atıldığını vurğulayıb. Diplomat bu səpkidə artıq 10-dan artıq dövlətin və ABŞ-ın 23 ştatının Xocalı qətliamını tanıdığını və rəsmi şəkildə pislədiyini vurğulayıb. Bundan başqa o, ABŞ-da Xocalı soyqırımına dair amerikalı müəlliflər tərəfindən iki kitabın nəşr edildiyini, çoxlu sayda məqalələrin dərc olunduğunu, 2017-ci ildə Los Anceles şəhərində amerikalı kinematoqraflar tərəfindən “Zülmətdən Qaçarkən” (Running from the Darkness) sənədli filminin istehsal olunduğunu qeyd edib.

N.Ağayev müxtəlif dinlərin dinc, yanaşı yaşadığı Azərbaycandan fərqli olaraq, Ermənistanın bu gün monoetnik və təkdinli dövlətə çevrildiyini, qeyri-tolerantlığın, Azərbaycan düşmənçilyi (azərbaycanofobiya), eləcə də anti-semitizmin gücləndiyini, hətta ABŞ-ın Anti-Defamasiya Liqasının rəy sorğusuna görə anti-semitizimin səviyyəsinə görə (58%) Ermənistanın Avropada ikinci, dünyada isə Yaxın Şərq və Şimali Afrika xaricində üçüncü dövlət olduğunu söyləyib. Vurğulanıb ki, Nasist Almaniyası ilə əməkdaşlıq etmiş Qaregin Njde Ermənistanda milli qəhrəman hesab olunur və Yerevanın mərkəzində abidəsi ucaldılıb.

Sonda baş konsul Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin bu gün çətin bir bölgədə sabitlik və rifah adasına çevrildiyini və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində səylərin əzmlə davam etdirildiyini diqqətə çatdırıb.

Qeyd edək ki, 1977-ci ildə yaradılan həftəlik radio proqramın aparıcısı üç dəfə Emmi mükafatına namizəd olmuş, məşhur jurnalist Nensi Perlmandır (Nancy Pearlman). Proqram Kaliforniya və ABŞ-ın digər qərb ştatlarında müxtəlif radio kanalları vasitəsilə geniş yayımlanır.

S.Xankişiyeva

 

 

 

 

Paylaş:
368

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər