1news.az

Mehriban Əliyevaya ali papa mükafatının təqdim edilməsini Azərbaycan multikulturalizminin qələbəsinin tanınması hesab edirəm - Dövlət Dumasının deputatı

28 Fevral saat 17:48 ~ 1 dəqiqəlik oxu 241
Mehriban Əliyevaya ali papa mükafatının təqdim edilməsini Azərbaycan multikulturalizminin qələbəsinin tanınması hesab edirəm - Dövlət Dumasının deputatı

Vatikanda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ali Papa mükafatının təqdim edilməsini Azərbaycan multikulturalizminin qələbəsinin tanınması hesab edirəm.

Bunu Trend-ə Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitri Savelyev deyib.

O bildirib ki, Papa cəngavər ordeninin böyük xaçına yalnız dövlət başçıları və yüksək vəzifəli dövlət xadimləri layiq görülür:

“Görüş zamanı Papa Fransisk vurğulayib ki, Azərbaycan həqiqi tolerantlıq nümunəsidir, çünki dövlət uzun müddətdir ki, dünyaya multikulturalizm dəyərləri ixrac edir. Ölkədə çoxsaylı etnos, məzhəb və mədəniyyət nümayəndələrinin birgəyaşayışı və inkişafı üçün bütün şərait yaradılıb. Heydər Əliyev Fondunun reallaşdırdığı “Tolerantlığın ünvanı – Azərbaycan” qlobal layihəsi isə məbədlərin və dini abidələrin təmiri və bərpasına yönəlib”.

D.Savelyevin sözlərinə görə, bu, təkcə İslam abidələrinə aid deyil:

“2007-ci ildə layihə çərçivəsində Bakıda pravoslav kilsəsinin restavrasiyası işləri aparılıb, 2009-cu ildə Fond Strasburq kafedral kilsəsinin vitrajlarının bərpasını maliyyələşdirib, 2013-cü ildə isə Fondun vəsaitləri hesabına Həştərxanda Müqəddəs Vladimir məbədi qarşısındakı meydanda knyaz Vladimirin heykəli ucaldılıb”.

Rusiyalı deputat əlavə edib ki, humanizm və ümumbəşəri dəyərlərə söykənən multikulturalizm Azərbaycanın tarixi sərvətidir:

“Katolik kilsəsinin Mehriban Əliyevanı ən ali mükafatla təltif edərkən müsəlman respublikasında tolerantlığın zəfərini qəbul etməsi növbəti dəfə təsdiq edir ki, müxtəlif mədəniyyətlərin mənəvi dəyərlərinin qorunması, qarşılıqlı anlaşma və dözümlülük hər zaman xalqlar arasında razılıq və etimadın genişlənməsinin yeganə doğru yolu olacaq”.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net