“Moskva görüşündə Ermənistan rəhbərlik səviyyəsində miskin və məğlub görünürdü” - Tural İsmayılov | 1news.az | Xəbərlər
Siyasət

“Moskva görüşündə Ermənistan rəhbərlik səviyyəsində miskin və məğlub görünürdü” - Tural İsmayılov

11:40 - 12 / 01 / 2021
“Moskva görüşündə Ermənistan rəhbərlik səviyyəsində miskin və məğlub görünürdü” - Tural İsmayılov

“Bütövlükdə Azərbaycanın səyləri, hərbi-diplomatik qələbəsinin siyasi təsirləri özünü açıq göstərirdi”.

Bu fikirləri saytımıza açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhəhtçisi, politoloq Tural İsmayılov bildirib. O qeyd edib ki, dünənki görüşdə imalanan bəyanat bütün region üçün mühüm əhəmiyyətə malikdir:

“4 saatlıq qapalı toplantıdan sonra tərəflər mətbuata qısa açıqlama verdilər. Ölkə başçımız görüşün səmərəliliyindən məmnunluğunu bir daha ifadə etdi. Azərbaycan bu görüşdə də üstün tərəf oldu. Buna görə də ölkə başçısı vurğuladı ki, Qarabağla bağlı razılaşmalar səmərəli şəkildə həyata keçirilir və narahatlıq üçün ciddi səbəblər yoxdur. Rusiya prezidenti Putin də vurğuladı ki,Qarabağla bağlı razılaşmanın şərtlərinə hörmət edildiyi, ciddi hadisələrin olmadığı qənaətinə gəldik.

Paşinyan isə görüş sonunda çox miskin və narazı görünürdü. Və aylar əvvəl təxribatçı açıqlamalar verən baş nazir məğlubiyyət eyforiyasından çıxa bilməyəcəyini bir daha nümayiş etdirdi. Nəticədə:

1) Azərbaycan və Rusiya regionda nəqliyyat, infrastruktur layihələrinin çevik və planlı həllinə bir daha sadiqliyini nümayiş etdirdi və verilən mesajar çox önəmli idi.

2) Ermənistan bu görüşdə də məğlub obrazında qaldı, ölkədəki çaxnaşmaların daha da sərtləşəcəyinin siqnalları isə artıq müşahidə edilir.

3) Proses geopolitik sabitliyin bərqərar olunması baxımından yeni sazişlərlə bir digər pilləyə daxil oldu.

Moskva görüşü əhəmiyyətli və vacib qərarlarla yekunlaşdı.”

Ekspert qeyd edib ki, görüşdə geopolitik əhəmiyyətə malik mühüm nəqliyyat razılaşmaları əldə olundu, yeni ərsəyə gətiriləcək nəqliyyat və daşınma qovşaqları bütün region ölkələri üçün strateji əhəmiyyətə malikdir:

“Moskvada əməkdaşlıqla bağlı ümumi bəyanatlda razılığa gəlindi. 4 maddəlik bəyanat özündə 3 dövlət arasında işçi heyət və ekspertlərdən ibarət altqruplar yaranmağını ehtiva edir. İşçi heyətə və ekspertlərə martın 1-ə qədər sənədi hazırlamaq tapşırılıb. Bu sıraya kommunikasiya xətlərinin açılması və beynəlxalq nəqliyyatın təmin olunması daxildir. Cənab Prezident bildirdi ki, imzalanan bəyanat bizim məqsədlərimizdən xəbər verir. Çünki hərbi əməliyyatların bitirilməsinə dair bəyannamənin maddələrindən biri nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması idi. Bu, regionun inkişafına böyük dinamizm gətirə biləcək sahədir, o həmçinin təhlükəsizliyi də möhkəmləndirəcək. Çünki nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya və bizim digər qonşu xalqların maraqlarına cavab verir. Ümumilikdə isə nəqliyyat xətləri qonşu ölkələrin hamısı- Türkiyə, İran və Gürcüstan üçün də mühüm iqtisadi əhəmiyyətə malikdir.”

Ekspert bildirir ki, bundan sonra Ermənistanın hansısa səviyyədə təxribatlara cəhd etməyi təkcə Azərbaycan və Tükiyəyə qarşı deyil, həm də Rusiyaya qarşı da yönəlmiş hesab olunacaq.

1news.az

Paylaş:
608

Son xəbərlər

Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09
Bütün xəbərlər