Çavuşoğlu: Ermənistan ağılını başına yığsın – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Çavuşoğlu: Ermənistan ağılını başına yığsın – VİDEO

15:00 - 13 / 07 / 2020
Çavuşoğlu: Ermənistan ağılını başına yığsın – VİDEO

“Ermənistan ağlını başına yığsın,  Azərbaycanın yanındayıq”.

1news.az-ın verdiyi xəbərə görə, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu "TRT Haber" canlı yayımında jurnalistlərin sualları cavablandırarkən deyib.

Ermənistanın Tovuz istiqamətində Azərbaycan mövqelərinə hücumu barədə sualı cavablandıran Çavuşoğlu qeyd edib: "Əlbəttə, Azərbaycan ordusu lazım olanı etdi və bu hücumları dəf etdi. Buradan görürük ki, Ermənistan yeni münaqişə bölgələri yaradaraq diqqəti digər işğal olunmuş torpaqlardan başqa yerə çəkmək istəyir".

Ermənistanın bu günə qədər heç bir siyasi həll yoluna yanaşmadığını vurğulayan Çavuşoğlu Ermənistanın hərəkətlərinin qəbuledilməz olduğunu qeyd edib.

Çavuşoğlu Türkiyənin Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün əlindən gələn bütün dəstəyi verəcəyini bildirib: "Azərbaycan işğal edilmiş əraziləri və Qarabağla bağlı hansı həll yolunu seçərsə, biz Türkiyə Respublikası və türk milləti olaraq bütün imkanlarımızla Azərbaycanın yanındayıq".

Mövzu ilə əlaqədar oxuyun:

#SeninleyizAzerbaycan: Türkiyə vətəndaşlarından Azərbaycan ordusuna dəstək – FOTO

Türkiyə Azərbaycanın yanında dayanmaqda davam edəcək - Türkiyə XİN bəyanat yaydı

Azərbaycan-Ermənistan sərhədində vəziyyət yenidən gərginləşib - RƏSMİ

Tovuzda şəhidlərimizin sayı 3-ə çatdı - Nazirlik adları açıqladı

S.Xankişiyeva

Paylaş:
644

Son xəbərlər

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30
Bütün xəbərlər