1news.az

“Ordumuzun güclənməsi Sizin zəhmətinizin sayəsindədir” – Ali Baş Komandana məktub

23 İyul saat 15:06 ~ 5 dəqiqəlik oxu 25990
“Ordumuzun güclənməsi Sizin zəhmətinizin sayəsindədir” – Ali Baş Komandana məktub

Məlum olduğu kimi, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Azərbaycan vətəndaşları məsələ ilə bağlı Prezident İlham Əliyevə çoxsaylı məktublar ünvanlayıblar.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Fidan Abbaslıdan, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Ümummilli liderimiz Heydər Əliyevin milli dövlətçilik, vətənpərvərlik ideyaları bugünkü inkişafımızın təməlini təşkil edir. Onun bizə miras qoyduğu bu ideyalar Sizin sayənizdə daha da güclənərək xalqımızı birləşdirən amilə çevrildi.

İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlər ordumuzun gücünü bir daha göstərdi. Bu ordunun güclənməsi Sizin zəhmətinizin sayəsindədir.

Bizim Vətənimizi, xalqımızı qoruyan güclü ordumuz var. Bizlər də hər zaman öz ərazi bütövlüyümüzü qorumaq üçün hazırıq. Gənclər daim Sizə inanır və güvənirlər”.

Qalib Kazımovadan, Bakı, Azərbaycam

“Cənab Ali Baş Komandanımız.

Cəhbədə baş verən növbəti düşmən təxribatının qarşısı güclü ordumuz tərəfindən qətiyyətlə alındı. Bu çətin günlərdə dövlətimiz, xalqımız üçün göstərdiyiniz fədakarlıq, yorulmaz səyləriniz və möhtəşəm çıxışlarınız bir gənc olaraq məni çox qürurlandırdı.

Vətənpərvər nəslin yetişdirilməsi vacib və çətin bir vəzifədir. Siz bu vəzifənin öhdəsindən ləyaqətlə gələrək ölkənin taleyüklü məsələlərinə münasibətdə öz sözünü deyə bilən Azərbaycan gəncliyi yetişdirmisiniz. Bu günlər gənc nəslin üzərinə daha böyük məsuliyyət düşür.

Cənab Prezident, bizə olan güvənə və inama görə Sizə minnətdarıq. Sizin ətrafınızda daim sıx birləşərək xalqın əsrlərboyu yaratdığı ənənələri, milli mədəniyyəti yaşatmağa və gələcək nəsillərə ötürməyə söz veririk”.

Ruhiyyə Əliyevadan, Bakı, Azərbaycan

“Hörmətli Ali Baş Komandan.

Bir neçə gündür ki, mənfur düşmənin Tovuz rayonunda törətdiyi təxribat, tor¬paqlarımıza hücum cəhdi biz tovuzluların hiddətinə səbəb olub. Günlərdir ki, Tovuzun Dondar Quşçu, Ağdam və Vahidli kəndləri düşmənin artilleriya zərbələrinə məruz qalır, mülki əhaliyə məxsus evlər dağıdılır, ayrı-ayrı vətəndaşlarımıza ziyan dəyir. Lakin rəşadətli ordumuz düşmənə layiqli cavab verir, onların atəş nöqtələri susdurulur, şəhidlərimizin qisası alınır. Düşməndən fərqli olaraq, ordumuzun erməni mülki əhalisini hədəf almaması bütün dünya tərəfindən qəbul edilmiş müharibə qanunlarına, insan hüquqlarına verdiyiniz dəyərdən irəli gəlir.

Cənab Prezident, biz tovuzlular Sizin siyasətinizi həmişə dəstəkləmişik. Ölkəmizin inkişafı, xalqımızın rifahı, dövlətimizin müdafiə qabiliyyətinin güclənməsi sahələrində gördüyünüz bütün işləri yüksək qiymətləndiririk. Düşmənin Tovuza hücumuna ən kəskin formada və adekvat surətdə cavab verməyiniz, bununla bağlı verdiyiniz qisas tapşırığı bizləri çox sevindirir.

Bizlər içimizdə olan düşmənləri də yaxşı tanıyırıq. Belə bir həssas dönəmdə xalqın saf niyyətindən öz çirkin maraqları üçün istifadə etmək, ölkədə xaos yaratmaq, dövlət orqanlarının fəaliyyətinə mane olmaq və qanunsuz yolla hakimiyyətə gəlmək istəyən radikal və başıpozuq qüvvələri kəskin surətdə pisləyirik. Onların xalq içərisində heç bir dayağı yoxdur. Bütün Azərbaycan xalqı Sizin arxanızdadır. Erməni quldurlarına qarşı vahid formada birləşməyin zəruriliyini dərk etməyən qüvvələr heç vaxt xalqdan dəstək almayacaq.

Möhtərəm Prezident, Tovuz əhalisi düşmənə qarşı mübarizədə Sizin yanınızdadır. Sizi tam əmin edirik ki, mənfur düşmənin qarşısından bir addım da geri çəkilən deyilik. Biz inanırıq və əminik ki, Azərbaycan Ordusu Sizin rəhbərliyinizlə ən qısa zamanda düşməni yerində oturdaraq işğal olunmuş dədə-baba torpaqlarımızı geri qaytaracaq”.

Şahlar Aslanovdan, Beyləqan, Azərbaycan

“Hörmətli cənab Prezident.

Tariximizin hansı səhifəsini vərəqləsək, orada igid babalarımızın qəhrəmanlıqlarının izinə rast gəlirik. Çünki yaşadığımız torpağı qorumaq üçün Vətən uğrunda mübarizə əsas şərtdir. Bu gün zaman bizdən Vətənə məhəbbəti sözdə deyil, əməldə tələb edir.

Cənab Prezident, Siz bu sevgini gündəlik işinizdə, çəkdiyiniz zəhmətdə, qətiyyətli fəaliyyətinizdə nümayiş etdirirsiniz.

Mən ehtiyatda olan zabit kimi döyüş bölgəsinə yollanaraq Vətən qarşısında olan borcumu verməklə yanaşı, Siz olan sədaqətimi də göstərmək, şəhidlərimizin qisasını almaq istəyirəm.

Mübarizənizdə daim Sizinləyik”.

Yaqub Həsənovdan, Quba, Azərbaycan

“Hörmətli cənab Prezident.

Babadağın ətəyində yerləşən kəndimizi Quba şəhəri ilə 60 kilometrlik məsafə ayırır. Onun 15 kilometri dağlıq ərazidir. Əvvəllər bəzən həftələrlə rayon mərkəzinə gediş-gəliş kəsilirdi.

Bu yaxınlarda yaşadığımız kəndə yeni yol çəkildi. Artıq kəndimizin sakinləri rayon mərkəzinə rahat gedir, kənd məhsullarını vaxtında çatdıra bilir.

Ulu öndər Heydər Əliyev yolu təkcə mədəniyyət və iqtisadiyyat amili kimi deyil, həm də, bütünlüklə, həyat mənbəyi hesab edirdi. Biz də bilirik ki, bu yolun çəkilməsi ilə kəndimiz inkişaf edəcək, sakinlərin iqtisadi vəziyyəti daha da yaxşılaşacaq”.

Mövzu ilə əlaqədar oxuyun:

“Biz gənclər bilirik ki, Böyük Qələbəyə gedən yolları xalqımız Sizinlə birlikdə açacaq” – Ali Baş Komandana məktub

“Yaşından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı Sizin hücum çağırışınıza qoşulmağı özünə fəxr bilir” – Ali Baş Komandana məktub

“Mənfur düşmənlərimiz yaxşı bilir ki, Siz Ali Baş Komandan kimi döyüş meydanlarının mütləq qalibisiniz” – Prezidentə məktub

“Qarabağ müharibəsinin keçmiş döyüşçüsü kimi Sizə sədaqət andı içirəm - Vətənimizi qorumağa hazıram” – Ali Baş Komandana məktub

“Cənab Ali Baş Komandan, Sizin döyüş əmrinizi gözləyirik və iradənizə inanırıq” – Prezidentə yazırlar

S.Xankişiyeva

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net