Professor İbrahim Öztək: Çimərliklərdəki yoluxma riski digər kütləvi toplanma yerlərindən daha yüksəkdir | 1news.az | Xəbərlər
Dünya

Professor İbrahim Öztək: Çimərliklərdəki yoluxma riski digər kütləvi toplanma yerlərindən daha yüksəkdir

20:28 - 05 / 08 / 2020
Professor İbrahim Öztək: Çimərliklərdəki yoluxma riski digər kütləvi toplanma yerlərindən daha yüksəkdir

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayındakı sıçrayışlı artım sözün əsl mənasında həyəcan təbilidir. Nəticələr göstərir ki, bu artım davam edəcək. Yoluxmanın əsas mənbələrindən biri də çimərliklərdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli professor, tibb elmləri doktoru, tanınmış ictimai xadim İbrahim Öztək ifadə edib.

Çimərliklərdə sosial məsafənin qorunması və maska taxmağın mümkünsüz olduğunu diqqətə çatdıran professor deyib: “Zənnimcə Ümumdünya Səhiyyə Təşkilatı ən qısa zamanda çimərliklər üçün xüsusi bir tövsiyə hazırlamalıdır. Maska ilə suya girmək mümkünsüzdür. İnsanlar heç bir halda belə etmirlər. Digər tərəfdən çimərlik sahilləri daim küləklidir.

Həzin meh belə nəfəs yollarında ayrılan virusu sürətlə ətrafa yayır. Xəstə insanların bədənindən ayrılan su damcıları yoluxma mənbəyidir. Bu məkanda yoluxma riskini artıran bir neçə ciddi məqam var. Bütün bunlar deməyə əsas verir ki, çimərliklərdəki yoluxma riski digər kütləvi toplanma yerlərindən daha yüksəkdir”.

Avqustun 4-də Türkiyə üzrə virusa yoluxduğu aşkar edilən xəstə sayının bir gün əvvəlki göstəricidən 88 nəfər çox olduğunu diqqətə çatdıran İbrahim Öztək deyib ki, Qurban bayramı günlərində kütləvi toplaşma və ünsiyyətə qarşı qoyulan məhdudiyyətlərə əməl edilməməsi Türkiyənin koronavirusla mübarizədə əldə etdiyi uğurlara mənfi təsir göstərib. Çimərliklərdə və toylardakı vəziyyət və bayram günlərində məhdudiyyətlərə əməl edilməməsi qarşıdakı həftələrdə özünü daha qabarıq göstərə bilər.

AZƏRTAC

Paylaş:
710

Son xəbərlər

İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:54
Bütün xəbərlər