1news.az

Paşinyan xalqı müharibəyə çağırdı: “Diplomatik həll yolu haqqında danışmaq artıq mənasızdır”

21 Oktyabr saat 17:32 ~ 1 dəqiqəlik oxu 1350
Paşinyan xalqı müharibəyə çağırdı: “Diplomatik həll yolu haqqında danışmaq artıq mənasızdır”

Dağlıq Qarabağ məsələsində diplomatik həll yolu yoxdur.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Ermənistan Baş naziri Nikol Paşinyan "Facebook" hesabında etdiyi canlı yayım zamanı bildirib.

Paşinyan qeyd edib ki, Qarabağ məsələsinin indi və bundan sonrakı üzun müddət ərzində sülh yolu ilə həlli mümkün deyil: "Diplomatik həll yolu haqqında danışmaq artıq mənasızdır"

Paşinyan digər bir çağrışı ilə dinc əhalini də silahlanaraq döyüşlərə qatılmağa çağırıb.

Görünən odur ki, mövcud reallığı dərk edib qəbul edə bilməyən Ermənistan baş naziri danışıqlar prosesini növbəti dəfə əngəlləmək və dinc erməni əhalisini döyüşlərə qatmaq istəyir.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Ermənistan BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net