Sindey və Brizben şəhərlərində Gəncə terroruna etiraz edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sindey və Brizben şəhərlərində Gəncə terroruna etiraz edilib - FOTO

10:32 - 28 / 10 / 2020
Sindey və Brizben şəhərlərində Gəncə terroruna etiraz edilib - FOTO

Avstraliyada yaşayan Azərbaycan diasporunun nümayəndələri erməni təxribatına və işğalçı Ermənistan ordusunun Azərbaycanın dinc əhalisinin sıx məskunlaşdığı, cəbhə bölgəsindən uzaqda yerləşən, yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutmasına etiraz olaraq aksiyalar keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, həmvətənlərimiz Gəncə şəhərinin dəfələrlə raket atəşinə tutulması nəticəsində mülki vətəndaşların, xüsusi ilə də azyaşlı uşaqların həlak olmasından dərin təəssüf hissi keçirdiklərini bildiriblər. İşğalçı Ermənistan ordusunun dinc əhalini hədəfə alması nəticəsində həlak olmuş körpələrin, dağıdılmış yaşayış məntəqələrinin görüntüsünü əks etdirən foto və videoçarxlardan ibarət xüsusi elektron slaydların yerləşdirildiyi yük maşınları Sidney və Brizben şəhərlərində dövrə vuraraq şəhər sakinlərinin diqqətini erməni vandalizminə cəlb etməyə çalışıb.

“Erməni işğalına son!”, “Azərbaycan ədalət tələb edir!”, “Biz terrora yox deyirik!”, “Qarabağ Azərbaycandır!”, “İşğalçı dövlətə dəstəyi dayandırın!” və s. şüarlar ilə yanaşı, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının dərhal və qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin hələ də yerinə yetirilmədiyi şəhər sakinlərinin diqqətinə çatdırılıb.

Qeyd edək ki, yük maşınları Sidneydə yaşayan ermənilərin etiraz aksiyası keçirdiyi gündə də şəhərin mərkəzi küçələrində dolaşıb, Ermənistan dövlətinin cinayətkar əməllərini yerli sakinlərin diqqətinə çatdırıb. Erməni icmasının nümayəndələri yük maşınlarının qarşısını kəsərək mane olmağa çalışsalar da, soydaşlarımız soyuqqanlı davranıb və heç bir insident qeydə alınmayıb.

Qafar Ağayev

Paylaş:
458

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdirBu gün, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələBu gün, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55
Bütün xəbərlər