“Sizin dərin zəkanız, müdrikliyiniz və alicənablığınız xalqımızın həyatını nurlandırır” – Vətəndaş məktubları | 1news.az | Xəbərlər
Siyasət

“Sizin dərin zəkanız, müdrikliyiniz və alicənablığınız xalqımızın həyatını nurlandırır” – Vətəndaş məktubları

11:33 - 29 / 06 / 2020
“Sizin dərin zəkanız, müdrikliyiniz və alicənablığınız xalqımızın həyatını nurlandırır” – Vətəndaş məktubları

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Adilə Abasovadan, Bakı, Azərbaycan

“Əziz və möhtərəm cənab Prezident.

Mənə göstərdiyiniz son dərəcə böyük diqqətə və qayğıya görə Sizə minnətdarlığımı ifadə etmək üçün söz tapa bilmirəm. Dövlətimizin yüksək mükafatlarından olan 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməyim mənə o qədər böyük bir sevinc bəxş edib ki, özümü dünyanın ən xoşbəxt insanı hiss edirəm. Mənim həyatda amalım həmişə Vətənə xidmət olub. Ötən əsrin 90-cı illərinin əvvəllərində qəlbimin səsini dinləyərək Moskvada elmi fəaliyyətimi, radiasiya problemləri sahəsində araşdırmalar aparan laboratoriya müdiri vəzifəsini tərk edib Azərbaycana dönmüşəm.

Ulu öndər Heydər Əliyevin etimadı ilə mənə Azərbaycan Respublikasının Milli Məclisində yüksək vəzifə həvalə edilib. Taleyimdən çox razıyam ki, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri kimi ölkəmizin qanunvericilik bazasının inkişafında mənim də xidmətlərim olub.

Əziz və möhtərəm cənab Prezident, Azərbaycan xalqı xoşbəxtdir ki, Sizin kimi rəhbəri vardır. Sizin dərin zəkanız, müdrikliyiniz, alicənablığınız xalqımızın həyatını nurlandırır, onu gözəl gələcəyə aparır. Azərbaycanın işıqlı günləri ulu öndər Heydər Əliyevin davamçısı kimi Sizin həyata keçirdiyiniz uzaqgörən siyasətlə bağlıdır. Allah Sizi və ailənizi Azərbaycanımız üçün qorusun”.

Müşfiq Nağıyevdən, Hacıqabul, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Bir gənc müəllim olaraq Azərbaycanın bu günü və sabahı üçün gördüyünüz işləri yaxından izləyir və alqışlayıram. Pandemiya ilə mübarizə sahəsində gördüyünüz işlər göz qabağındadır. Əvvəlki illərdə səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi, çoxlu sayda tibb ocaqlarının ərsəyə gətirilməsi, modul tipli xəstəxanaların operativ olaraq inşa edilib istifadəyə verilməsi harayımıza yetdi. Belə olmasaydı, xəstəliyə yoluxan insanları yerləşdirməkdə çətinlik çəkər, görülən tədbirlərin səmərəliliyi azalardı.

Sizin uğurlu siyasətiniz sayəsində Azərbaycan nəinki regionun, hətta dünyanın nüfuzlu öləklərindən birinə çevrilib. Bu gün bir çox ölkələr Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir, dünyanın dörd bir yanından insanlar ölkəmizlə yaxından maraqlanırlar”.

Fazil Orucovdan, Ağcabədi, Azərbaycan

“Möhtərəm cənab Prezident.

İyun ayının 3-də Ağcabədi rayonuna səfəriniz ailəmizin böyük sevinc və iftixarına səbəb oldu. Səfərdən dərhal sonra Ağcabədi rayonunun 14 min əhalinin yaşadığı 4 yaşayış məntəqəsinə yol çəkilməsi və Sarıcalı kəndində 360 yerlik məktəb binasının tikilməsinə dair verdiyiniz Sərəncamlar cəbhə bölgəsi və Qarabağ torpağı olan Ağcabədi rayonuna diqqət və qayğınızın təzahürüdür.

Cənab Prezident, biz hər zaman Sizi dəstəkləmişik və Sizinlə fəxr etmişik, bundan sonra da belə olacaq. Bizim Sizi dəstəkləməyimizin səbəbi xalqımızın rifahının yaxşılaşdırılması üçün yürütdüyünüz ardıcıl siyasətdir. Bunu yalnız Vətən xainləri görməyə bilərlər. Dünyada tüğyan edən koronavirusla əlaqədar xalqımızın sağlamlığının qorunması üçün verdiyiniz qərarlar biz vətəndaşlara olan sevginizin bariz nümunəsidir. Mən fəxr edirəm ki, Sizin kimi uzaqgörən Prezidentimiz var. Allah Sizi qorusun, Azərbaycan xalqına çox görməsin”.

Vəliyar Orucludan, Füzuli, Azərbaycan

“Hörmətli cənab Prezident.

Mən məcburi köçkün övladı olaraq Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya məcburi köçkünlər üçün yaratdığınız şəraitə görə təşəkkür edirəm. Bu gün dünyanı bürüyən koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda Sizin gördüyünüz tədbirlər ölkəmizdə insanların bu virusa az yoluxmasına və ölüm sayının Avropa ölkələrinə nisbətən daha az olmasına gətirib çıxardı. Sizin yüksək idarəetmə bacarığınız nəticəsində bu virusa yoluxmaların sayı aşağı həddə saxlanılmaqdadır.

Cənab Prezident, tutduğunuz bu yolda Sizə yeni uğurlar arzulayıram. Tanrı Sizi qorusun”.

İbrahim Cəfərovdan, Gəncə, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Sizin və birinci xanım Mehriban Əliyevanın bu il iyunun 24-də Gəncə şəhərinə səfəriniz çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin yeni, möhtəşəm tədris korpusunun açılışında iştirakınız çoxsaylı tələbələrimiz, professor-müəllim heyəti üçün qürurverici və əlamətdardır. Məhz 2018-ci il 22 yanvar tarixli Sərəncamınızla tikintisinə başlanılan və bu gün nəinki Azərbaycanda, eləcə də MDB və Şərqi Avropa məkanında ən yeni texnoloji avadanlıqlarla təchiz edilmiş, qədim Şərq və müasir memarlıq üslubunda tikilmiş tədris korpusu cəmi iki ilə ərsəyə gəlmişdir.

Dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunan Azərbaycan Dövlət Aqrar Universitetinin çoxminli kollektivi məsuliyyətini anlayır və ölkəmizin ərzaq təhlükəsizliyini təmin edə bilən, bazar rəqabətli, müasir düşüncə tərzinə malik kadrların yetişdirilməsi üçün əllərindən gələni edirlər.

Cənab Prezident, bir daha yeni tədris korpusunun açılışında iştirakınıza görə Sizə və Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk”.

Mövzu ilə əlaqədar oxuyun:

“Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm” – Prezidentə yazırlar

“Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndiririk” – Minnətdarlıq məktubları

“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar

“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar

“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları

“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar

“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları

“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları

S.Xankişiyeva

 

 

 

Paylaş:
872

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər