“Sizin qayğınız sayəsində Azərbaycanın hər bir bölgəsində böyük abadlıq-quruculuq işləri görülüb” – Prezidentə yazırlar | 1news.az | Xəbərlər
Siyasət

“Sizin qayğınız sayəsində Azərbaycanın hər bir bölgəsində böyük abadlıq-quruculuq işləri görülüb” – Prezidentə yazırlar

10:10 - 01 / 07 / 2020
“Sizin qayğınız sayəsində Azərbaycanın hər bir bölgəsində böyük abadlıq-quruculuq işləri görülüb” – Prezidentə yazırlar

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Elnarə Xudaverdiyevadan, Sumqayıt, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Son vaxtlar hamımızı narahat edən koronovirus adlı pandemiya ölkəmizdən də yan keçməmişdir. Bu pandemiyanın ölkəmizə, millətimizə vurduğu ciddi zərərlər danılmazıdır. Sizin tərəfinizdən ölkədə COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq üçün bir çox qərarlar verilmiş və əhalinin sağlamlığı, sosial rifahı üçün çoxlu addımlar atılmışdır.

Təhsil müəssisələrində mart ayından etibarən tədris prosesi dayandırılsa da, virtual təhsil davam etdirilmiş, müəllim olaraq biz də öz məsuliyyətimizi və vəzifələrimizi bilərək, şagirdlərimizin tədrisdən geri qalmamaları üçün onlarla əlaqə yaradaraq, daim distant biliklər aşılamışıq. Artıq biz böyük inam və sevinclə yeni tədris ilini gözləyirik, postpandemiya dövründə fəaliyyət istiqamətlərimizi indidən müəyyənləşdirməyə başlamışıq. İnanırıq ki, bundan sonra da Sizin müəllimlərə, təhsilə göstərdiyiniz qayğı nəticəsində təhsildə inkişaf qabarıq şəkildə özünü büruzə verəcəkdir”

Habil Quliyevdən, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Siz bildirmişdiniz ki, hər bir azərbaycanlının Prezidentisiniz. Buna görə də icazə verin, Sizə "mənim Prezidentim" deyə müraciət edim. Mən Sizin apardığınız daxili və xarici siyasətin nə qədər müdrik olduğuna koronavirus pandemiyası ilə mübarizə zamanı bir daha əmin oldum. Dünyanın bəzi dövlət başçılarından fərqli olaraq Siz bu məsələdə daha uzaqgörən qərarlar qəbul etdiniz. İnanıram ki, biz Sizin və xalqımızın birgə səyi nəticəsində bu mübarizədə qalib gələcəyik.

Cənab Prezident, mən əminəm ki, Dağlıq Qarabağ məsələsi də Sizin uzaqgörən siyasətiniz sayəsində öz həllini tapacaqdır. Yeri gəlmişkən, bildirmək istəyirəm ki, 56 yaşım olmağına baxmayaraq mən də bir sıravi əsgər kimi Sizin döyüş əmrinizi gözləyirəm. Biz birlikdə güclüyük”.

Nəsibə Məmmədovadan, Gəncə, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Xalqımızın rifahı üçün gördüyünüz işlər hər birimizə məlumdur. Bu çətin günlərimizdəki qayğınız üçün isə, bir səhiyyə işçisi olaraq Sizə xüsusi minnətdarlığımı bildirmək istədim. Gəncəyə gəlişiniz bu çətinliklərlə mübarizə üçün bizə böyük güc verdi. Allah Sizi və ailənizi qorusun. Allah Sizin kölgənizi bizim üzərimizdən əskik etməsin. Biz Sizinlə fəxr edirik”.

Hüseyn Həsənovdan, Qazax, Azərbaycan

“Hörmətli Prezident cənab İlham Heydər oğlu Əliyev.

Sizin qayğınız sayəsində Azərbaycanın hər bir bölgəsində böyük abadlıq-quruculuq işləri görülmüş, insanların xoş güzəranı üçün tədbirlər həyata keçirilmişdir. Mən Qazax rayonunda aparılan abadlıq-quruculuq işləri ilə əlaqədar Qazax şəhəri Səməd Vurğun küçəsinin sakinləri adından Sizə təşəkkürümü bildirirəm.

Qeyd etmək istəyirəm ki, görülən tədbirlər çərçivəsində yollarımız abadlaşmış, yeni su və kanalizasiya xətti çəkilmiş və yollarda təhlükəsizlik qurğuları quraşdırılmışdır. Öz dövlətinin, Prezidentinin qayğısını görmək insanlarda razılıq hissi yaradır. Əminik ki, ölkəmiz gələcəkdə inkişafını davam etdirəcək, əhalinin rifahı daha da yaxşılaşacaqdır.

Biz vətəndaşlar bu tədbirlər üçün Sizə bir daha minnətdarlığımızı bildiririk”.

Amin Quliyevdən, Şirvan, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Azərbaycan xalqına göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Dünyanı lərzəyə salan koronavirus pandemiyasından ölkəmizin qurtulması yolunda Sizi özümüzə bayraqdar, xilaskar görürük. Sizin rəhbərliyinizlə xalqımız bir çox sınaqlardan, imtahanlardan alnıaçıq, üzüağ çıxıb. Bu bəladan da tezliklə qurtulacağımıza böyük inamımız var.

Cənab Prezident, Sizin Azərbaycan məktəblisinin, Azərbaycan tələbəsinin, bir sözlə Azərbaycan gəncliyinin qorunması, bu bəlaya düçar olmaması üçün atdığınız humanist atdımlardan biri də evdə qalaraq təhsilə davam etmək qərarını verməyinizdir. Bu Azərbaycan gəncliyinin sağlamlığının qorunması uğrunda atdığınız fədakarlıq addımının göstəricisidir. Sizin "Biz birlikdə güclüyük!" şüarınız xalqımızın həmrəyliyinə, birliyinə sanki yeni parlaq çalarlar gətirdi. İnşallah, elə bu birliyin və gücün sayəsində də koronavirusa qalib gələcəyik.

Hörmətli Prezidentimiz, Sizə Şirvan şəhərinin gəncləri adından dərin təşəkkür edir və bildirirəm ki, biz gənclər Sizin atdığınız hər bir addımın dəstəkçisiyik”.

Bayram İsmayılovdan, Ağcabədi, Azərbaycan

“Hörmətli cənab Prezident.

Siz uğura gedən yolda daim yanımızda olub, bütün çətinliklərdə öz köməyinizi əsirgəməyən dəyərli Prezidentimizsiniz. Son bir neçə ayda COVID-19 pandemiyasının dünyanı ağuşuna alması ilə çox şey dəyişdi. Belə bir vaxtda Siz xalqın yanında olduğunuzu həm bildirdiniz, həm də sübut etdiniz. Bildirmək istərdim ki, biz Sizin həyata keçirdiyiniz qabaqlayıcı tədbirləri tam olaraq dəstəkləyirik. Dövlətin vəzifəsi vətəndaşını qorumaqdır və Sizin rəhbərliyinizlə dövlətimiz bunun öhdəsindən uğurla gəlir. Bütün bunlara görə Sizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun. Azərbaycan xalqı hər zaman öz Prezidentinin yanıdadır”.

Asiman Musayev, Zaur Salahov və Nərmin Abdullayeva, Gəncə, Azərbaycan

“Hörmətli cənab Prezident.

Sizin doğma ölkəmizdə gənclər üçün yaratdığınız hər cür şəraitdən biz gənclər qürur hissi keçiririk. Biz 600-dən çox bal toplayaraq Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olmuşuq. 2016-cı və 2017-ci illərdə Gəncəyə səfərləriniz çərçivəsində iki tələbə yataqxanasının açılışında şəxsən iştirakınız, tövsiyə və tapşırıqlarınız biz tələbələrin yaddaşına həkk olunmuşdur. Bu il iyunun 24-də növbəti səfəriniz zamanı universitetimizin yeni tədris korpusunun açılışında Sizin və Birinci vitse-prezident Mehriban xanımın iştirakı bizi daha səylə oxumağa, gələcəkdə aqrar sektorda həvəslə çalışmağa ruhlandırır.

Cənab Prezident, Sizə və ailənizə möhkəm cansağlığı diləyir, ürəkdən təşəkkürümüzü bildiririk”.

Valeh Hacıyevdən, Bakı, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Öz dərin hörmət və ehtiramımı ifadə edərək öncə Sizi salamlayır və ən xoş arzularımı çatdırıram.

Sizin müvafiq Sərəncamınız ilə dövlət qulluğunda fərqlənənləri ali dövlət mükafatları ilə təltif etməyiniz, həmin insanların əməyinə verdiyiniz ən yüksək qiymətdir. Bu sırada mənim də olmağım və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməyim böyük şərəf hissi ilə mənə əvəzolunmaz sevinc hisləri yaşatdı.

Bu təltifə görə həm özümün, həm də ailə üzvlərimin adından Sizə sonsuz təşəkkürümü bildirirəm. Bu dövlət təltifi ümumilikdə, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə verilən ən yüksək dəyər kimi qəbul edilir. 1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, diaspor quruculuğunda da əsaslı dönüş yaranmışdır. Xarici ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması, ümummilli maraqların müdafiəsinə cəlb olunması Sizin rəhbərliyiniz ilə daha da inkişaf edərək beynəlxalq münasibətlərin vacib elementi kimi qarşımızda yeni vəzifələr qoymuşdur. Bu sahədə bundan sonra da var gücümüzlə çalışaraq qarşıdakı hədəflərə çatmağımıza səy göstərəcəyik.

Zati-aliləri, bu yüksək mükafata görə bir daha Sizə təşəkkür edir, xalqımızın rifahı naminə apardığınız gərgin və son dərəcə şərəfli işinizdə tükənməz enerji və yeni-yeni uğurlar arzulayıram”.

Mövzu ilə əlaqədar oxuyun:

“Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm” – Prezidentə yazırlar

“Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndiririk” – Minnətdarlıq məktubları

“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar

“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar

“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları

“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar

“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları

“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları

S.Xankişiyeva

Paylaş:
1058

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər