Virtual dünyada koronavirusla mübarizəyə yeni tərəfdaşlar qoşuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Virtual dünyada koronavirusla mübarizəyə yeni tərəfdaşlar qoşuldu

15:15 - 04 / 04 / 2020
Virtual dünyada koronavirusla mübarizəyə yeni tərəfdaşlar qoşuldu

Məlum olduğu kimi real dünyada koronavirus bəlası ilə mübarizə virtual mühitdə də davam edir. Bu məqsədlə cari ilin 9-12 aprel tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və SUP.VC təşkilatçılığı ilə koronavirus pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün virtual Hakaton keçiriləcək.

Azərbaycan Turizm Bürosu və PAŞA Bank COVID-19 koronavirus pandemiyası ilə mübarizəyə yönəldilən Virtual Hackathon-a qoşulan və dəstək verən ilk əsas partnerlardandır. Dünyada Koronavirus pandemiyasının yayılması hər bir təşkilatı və qurumu bu virusla mübarizə yollarının axtarmasına, həmçinin texnoloji həllərin yaratmasına keçidi tezləşdirir.

Turizm sənayəsi iqtisadiyyatın koronakrizisdən ən çox ziyan çəkmiş sahələrdən biridir və hazırda həm yerli həm dünya turizm sənayyəsinə yeni innovativ, o cümlədən rəgəmsal həllərin meydana gəlməsi olduqca vacibdir. Ümümiyyətlə, koronavirusun təsirini maksimum dərəcədə azaldmaq üçün rəgəmsal keçidin sürətini artırmaq, ölkədə rəgəmsal və distant tətbiglərin inkişaf etdirilməsi olduqca zəruridir.

Hakatonda iştirak etmək üçün www.hackcov19.com  saytında qeydiyatdan keçmək və öz komandanız, ideyanız və həmin ideyanın yuxarıda sadalanan çətinlikləri necə aradan qaldıracağı haqda məlumatı təqdim edərək lazımdır.

İdeyalarınızı təkmilləşdirmək üçün sizin bir həftəniz olacaq. Mentorlarla işləyərək həmin həll yollarını milli və beynəlxalq mütəxəssislərdən ibarət münsiflər heyətinə onlayn formada təqdim ediləcək.

İdeyalarınız qiymətləndirilərək üstünlük, ən tez zamanda həyata keçirilə biləcək ideyalara veriləcək. Hakatonun mükafat fondu – 10 000 ABŞ dollarıdır.

Əgər siz və ya tanışlarınız texnologiya vasitəsilə həll oluna biləcək çətinliklə üzləşirsinizsə, bununla bağlı ideyalarınızı təklif etməkdə sərbəstsiniz.

Reklam hüququnda

Paylaş:
864

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər