Vüqar Rəhimzadə: Müsavat Partiyasının qərargahında keçirilən “dəyirmi masa”ya istehza etməmək mümkün deyil | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: Müsavat Partiyasının qərargahında keçirilən “dəyirmi masa”ya istehza etməmək mümkün deyil

09:12 - 07 / 11 / 2019
Vüqar Rəhimzadə: Müsavat Partiyasının qərargahında keçirilən “dəyirmi masa”ya istehza etməmək mümkün deyil

“Müxalifətin yeni birlik formatının yaradılması təşəbbüsü utopiya, reallaşdırılması mümkün olmayan çürük ideyadır.

Çünki müxtəlif vaxtlarda SİDSUH, Demkonqres, İctimai Palata, Milli Şura kimi formatları gündəmə gətirməklə müxalifətin birliyi görüntüsü yaratmaq cəhdləri hər dəfə növbəti qalmaqal, qarşılıqlı ittihamlar və nəticə etibarilə daha dərin parçalanma ilə nəticələnib”.

1news.az-ın verdiyi xəbərə görə, bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, dağıdıcı müxalif partiya rəhbərlərinin ambisiyaları, mənəm-mənəmlik iddiaları, qarşılıqlı güzəştlərin istisna edilməsi davamlı birliyin yaradılması ideyasını elə beşiyindəcə boğan səbəblərdir: “Elə noyabrın 5-də Müsavat Partiyasının qərargahında keçirilən “dəyirmi masa”nın ətrafında yanaşı əyləşən şəxslərə baxanda ən azı istehza etməmək mümkün deyil. 

Müsavatın keçmiş başqanı İsa Qəmbər, indiki başqan Arif Hacılı, AXCP sədri Əli Kərimli və digərlərin iştirak etdikləri “tədbir”də keçmiş səhiyyə naziri Əli İnsanovun lap başda oturmasını sözün əsl mənasında taleyin ironiyası adlandırmaq olar. Əli İnsanov vaxtilə İsa Qəmbərin ünvanına müxtəlif tribunalardan, televiziya ekranlarından “faşist”, “nasist”, "genetik xəstə" və s. ittihamları yağdıran birisidir. Səhiyyə sistemini cinayət yuvasına çevirən, vaxtilə müxalifəti sağdan-sola, soldan-sağa qılınclayan Əli İnsanovun indi müxalifətin birliyi təşəbbüsünün aparıcı simasına çevrilməsi bir daha bu formatın simasızlığını nümayiş etdirən faktordur. Korrupsioner Əli İnsanovla onun “faşist” adlandırdığı İsa Qəmbər və digərlərinin bir araya gəlib, “demokratiya” müzakirələri aparırmaları yalnız növbəti uğursuzluğun və iflasın başlanğıcı ola bilər. Öz əqidədaşlarına belə yuxarıdan aşağı baxan radikal müxalifət “başbilənlərinin” onlara ən ağır sözlər deyən, təhqir edən, öz partiyasına, əqidəsinə, liderinə xəyanət etmiş Əli İnsanovla yanaşı oturmaları onların prinsipsizliyini göstərir”.

“Görünür, Əli İnsanovun maddi imkanlatı, vaxtilə ölkə səhiyyəsini talamaq hesabına topladığı var-dövlət dağıdıcı müxalifət “liderləri” üçün geninə-boluna təbliğ etdikləri dəyərlərdən daha üstündür” deyən Vüqar Rəhimzadə əlavə edib ki, müxalifəti birləşdirən faktor Əli İnsanov kimi korrupsioner və əqidəsiz birisidirsə, onda “dəyirmi masa” arxasında toplaşanların səviyyəsi və aqibəti artıq müzakirə mövzusu olmamalıdır: “İndi maraq doğuran məsələ isə ondan ibarətdir ki, Əli Kərimli ambisioz Əli İnsanova güzəştə gedəcəkmi? Ona biət edəcəkmi? 2013-cü ildə Əli Kərimli ilə Rüstəm İbrahimbəyovun izdivacından Cəmil Həsənli “doğmuşdu”. Görəsən, Əli Kərimli ilə Əli İnsanovun noyabrın 5-dəki izdivacından kim, yaxud nə “doğacaq?”

S.Xankişiyeva

 

Paylaş:
374

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər