Xalq artisti və Əməkdar İncəsənət xadimləri ölkə başçısına minnətdarlıqlarını bildiriblər | 1news.az | Xəbərlər
Siyasət

Xalq artisti və Əməkdar İncəsənət xadimləri ölkə başçısına minnətdarlıqlarını bildiriblər

12:31 - 21 / 05 / 2020
Xalq artisti və Əməkdar İncəsənət xadimləri ölkə başçısına minnətdarlıqlarını bildiriblər

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində yaradılmış Bədii Şuranın üzvləri ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.                           

“Möhtərəm Prezidentimiz.

İyirmi birinci əsrin ikinci onilliyinin sonunda dünya COVİID-19 adlı bir bəla ilə üz-üzə qaldı. Uzaq şərqdən-Çinin Uhan şəhərindən yol alan, insanlığı təhdid altında saxlayan bu pandemiya durmadan irəliləyərək bütün dünyaya yayıldı. Milyonlarla insan bu fəlakətin qurbanı oldu. Avropanın İtaliya, Almaniya, Fransa kimi inkişaf etmiş ölkələrinin belə bu bəla qarşısında aciz qaldığı bir vaxtda ölkəmiz və insanlarımız da mühüm və ciddi bir sınaqdan keçməli idi. Azərbaycan xalqının yeni əsrin bəlası ilə layiqli mübarizəsi məhz Sizin böyük dəstəyiniz sayəsində başa gəldi.

Pandemiyanın hələ yeni yarandığı vaxt Sizin yürütdüyünüz strategiya ölkəmizin bu çətin, olduqca mürəkkəb vəziyyətdən həlledici çıxış yolu oldu. Sizin böyük təşəbbüsünüz və diqqətiniz sayəsində ölkəmizdə təxirəsalınmaz işlər görüldü. İlk növbədə, şəxsən Sizin təşəbbüsünüzlə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və Sizin bir illik əmək haqqınızı həmin fonda ianə etməyiniz ictimaiyyətdə çox böyük rəğbət hissi oyatdı və minlərlə insana ruh yüksəkliyi bəxş etdi.

Cənab Prezident, hadisələri diqqət mərkəzində saxlayaraq ara vermədən apardığınız ciddi strateji siyasət xalqın inamlı dəstəyini qazanıb. Pandemiyanın böhranlı bir dövründə Sumqayıtda tibbi maska istehsalına başlanılması məhz Sizin adınızla bağlıdır. Bu müvəqqəti çıxış yolu deyil, gələcəkdə də ölkəmizin rifahı, vətəndaşlarımızın sağlamlığı naminə görülən böyük bir işdir. Sizin də qeyd etdiyiniz kimi Azərbaycanı idxal asılılığından qurtaran və cəmi iki həftədə yerli istehsalata başlayan müəssisənin qurulması pandemiya şəraitində olan bir ölkə üçün çox böyük uğurdur. Qısa bir müddətdə bütün imkanları səfərbər edərək ölkə vətəndaşlarının, xüsusilə yaşlı nəslin nümayəndələrinin qorunması, onların sağlamlığına göstərdiyiniz qayğı, vətəndaşlarımızın maddi ehtiyaclarının ödənilməsi, bu ağır zamanda onlara edilən sosial yardımlar xalqın gözündən yayınmır. Qədirbilən xalqımız Sizin atdığınız addımları hər zaman rəğbətlə qarşılayır və gələcək uğurlarınıza dəstək verir.

Möhtərəm Prezident, Azərbaycan Televiziyası pandemiyanın başlandığı gündən daim xalqın arasında olan bir yayım şirkəti olaraq insanlarımızın minnətdarlıq dolu çıxışlarının canlı şahididir. Çoxsaylı əməkdaşlarımızın adından bu təşəkkür məktubunu Sizə ünvanlayır və bütün zəhmətiniz, diqqətiniz, qayğınız üçün Sizə dərin minnətdarlığımızı bidiririk. Sevinirik ki, Ümummilli Liderimizin layiqli davamçısı və gələcək qələbələrimizin bayraqdarı İlham Əliyev kimi dövlət başçımız var və onun uzaqgörən siyasəti ilə ölkəmiz daha da irəliləyəcək və inkişaf edəcək.

Hörmətlə,

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində yaradılmış Bədii Şuranın üzvləri:

Xalq artisti, tarzən Ramiz Quliyev

Xalq artisti, müğənni Mübariz Tağıyev

Xalq artisti, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi

Xalq artisti, bəstəkar Faiq Sücəddinov

Xalq artisti, xanəndə Mənsum İbrahimov

Əməkdar İncəsənət xadimi, Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova

Əməkdar İncəsənət xadimi, şair Baba Vəziroğlu

Əməkdar jurnalist, yazıçı-publisist Flora Xəlilzadə

Xalq artisti, rəqqasə Təranə Muradova

Əməkdar İncəsənət xadimi, modelyer Fəxriyyə Xələfova

Xalq artisti, müğənni Fidan Hacıyeva

1news.az

Paylaş:
946

Son xəbərlər

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaqBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15
Bütün xəbərlər