Bakıda Polşanın müstəqillik günü qeyd olunub | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Polşanın müstəqillik günü qeyd olunub

12:49 - 15 / 11 / 2018
Bakıda Polşanın müstəqillik günü qeyd olunub

Bakıda Polşanın dövlət müstəqilliyinin bərpa edilməsinin 100 illiyi qeyd edilib.

1news.az xəbər verir ki, Polşanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında bayram konserti olub.

Tədbirdə rəsmi şəxslər, millət vəkilləri, səfirlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra çıxış edən Polşanın ölkəmizdəki səfiri  Marek Tsalka ölkəsinin müstəqilliyinin tarixindən, keçdiyi yoldan söz açıb.

Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev  Azərbaycan hökuməti adından Polşa xalqını təbrik edib. Bildirib ki, bu il hər iki ölkə, həm Azərbaycan, həm də Polşa müstəqillik  əldə etmələrinin 100-cü ildönümünü qeyd edirlər:

“Bizim müasir diplomatik əlaqələrimizin tarixi 25 ili əhatə etsə də, xalqlarımız arasında əsrdən artıq dır ki, əlaqələr formalaşıb. Polşa Azərbaycan üçün yaxın dost dövlətdir və ölkələrimiz arasında münasibətlər yüksək səviyyədədir.  Polşa həm də Azərbaycanın da iştirakçısı olduğu Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının təşəbbüskarlarından biridir”.

Nazir müavini Polşa xalqına sülh və firavanlıq arzulayıb.

Sonra tanınmış Polşa pianoçusu, Şopen mükafatı laureatı Yeva Poblotskanın solistliyi ilə Frederik Şopenin əsərlərindən ibarət konsert olub.

P.Sultanova

Paylaş:
2791

Son xəbərlər

Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29
Bütün xəbərlər