ru

Dünya

22 Fevral saat 16:41

Quaydo ilk prezident fərmanını imzaladı: Maduronun qərarını ləğv etdi

Quaydo ilk prezident fərmanını imzaladı: Maduronun qərarını ləğv etdi

Bir aydır özünü Venesuelanın prezidenti elan edən Xuan Quaydo fərman imzalamağa başlayıb. O, ilk fərmanını imzalayıb. Fərmanda ölkəyə xarici humanitar yardımın daxil olmasına icazə verilir.

1news.az Bizimyol.info-ya istinadən xəbər verir ki, Quaydo qardaş Braziliya ilə sərhədlərinin açılmasına da göstəriş verib. Halbuki son seçkilərin qalibi elan olunan Nikolas Maduro Braziliya ilə sərhədləri bağlatdırmışdı.

Quaydo bəzi ölkələrlə diplomatik əlaqələrin inkişafını da vacib sayır. Müxalifət lideri Aruba, Kyurasao, Boneyr adaları ilə yanaşı, Niderland Krallığının da adını çəkib.

Əslində, bu adalar məhz Hollandiyanın ərazisi sayılır. Maduro isə Niderland Krallığından təhlükə gələ biləcəyini düşünərək, adalarla sərhədləri bağlamışdı. Daha doğrusu, bu adalardan Karib dənizi tərəfdən Venesuelaya gəlməyə imkan verilmir. Quaydo isə məhz bu adalardan və Braziliyadan ölkəyə humanitar yardımın daxil olmasını gözləyir.

1news.az

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur