“Vagina ehtirasları” və ya azərbaycanlı feministlərin əsl siması – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Vagina ehtirasları” və ya azərbaycanlı feministlərin əsl siması – FOTO – VİDEO

17:16 - 11 / 03 / 2020
“Vagina ehtirasları” və ya azərbaycanlı feministlərin əsl siması – FOTO – VİDEO

“Vagina mənimdir, kimə istəsəm verərəm!” şüarını əlində tutan azərbaycanlı feminist qız son günlər sosial şəbəkələrin ən çox müzakirə olunan mövzusuna çevrilib.

Hətta bu müzakirələrin fonunda yerli feministlərin beynəlxalq qadınlar günündə Bakının mərkəzində keçirilən aksiyası da kölgədə qaldı. Bakının mərkəzində şəhər meriyasının icazəsilə (əslində Lökbatanda yer ayrılsa da, “Tarqovlda” keçirilib) keçən aksiya zamanı iştirakçılara öz fikirlərini söyləmək imkanı verildi. Lakin iştirakçılar bir qədər əndazəni aşdı.

Əvvəlcə qalmaqallı plakatdan başlayaq. Sosial şəbəkələrdə istifadəçilərin böyük əksəriyyəti bir istiqamətədə razılığa gəldilər – bu plakatda yazılanlar bir Azərbaycan qadınının ənənəvi mənəvi, əxlaqi, etik və ruhi dəyərlərini əks etdirmir və hər hansı bir qadının ümumi davranış tərzinə uyğun gəlmir (yüngül əxlaqlı olanlar istisna olmaqla).

İlk olaraq ona görə ki, bu yazı QADIN qüdrətini və əzəmənitini zəiflədir. Sanki ƏSL QADIN cinsiyyət orqanının varlığı və ondan istifadə qaydası ilə təyin edilir. Yeri gəlmişkən, QADIN olmaq “zərif cinsə” xarici və daxili xüsusiyyətlərinə görə ölçülmür.

Məntiqcə şüarlar onların kimlərə ünvanlanırsa oxumaları üçündür. Yaxşı, bəs bu plakatlar kimlərə ünvanlanıb? Hadisələrdən nəticə çıxaranlara bu, lazım deyil. Qızlarına, arvadlarına, ümumiyyətlə qadınlara öz istəyilə qərar verənlərə? Onlar da lazım deyil. Əgər onlar eşitsələr də, öz bildikləri kimi başa düşəcəklər. Sabah bir “feminizm” sözünə görə qızını döyməyə başlayacaqlar. Çünki onlarda bu plakatla bağlı qavrayış başqadır. Çünki həmin adamlar o plakatda “vagina” və “vermək” sözündən başqa heç nə görmədi.

Məgər bu, məqsəd idi?.. Şübhə doğurur... Və plakatı tutan 24 yaşlı Aysel Ələkbərzadənin özünü eyvandan ataraq intihar etmək cəhdi də buna sübutdur. Tam səmimi olaraq xəstəxanada ağır vəziyyətdə olan həmin qızcığaza tezliklə sağalmasını arzu edirik. Lakin onun plakatını da, intihar cəhdini də müzakirə etməliyik. Çünki qadın hüquqlarının müdafiəsində o qız sözün əsl mənasında düz yol seçmədi...

Bununla yanaşı, demək istəyirik ki, Azərbaycanda qadınların problemi çoxdur. Əfsuslar olsun ki, 1news.az bu haqda – ərləri tərəfindən öldürülən qadınlardan, keçmiş həyat yoldaşlar tərəfindən hücuma məruz qalan qadınlardan, erkən nikah qurbanlarından, məcbur ərə vermək məqsədilə qızların qaçılılmasından və s. dəfələrlə yazıb.

SON ZAMANLAR BU AĞRILI MÖVZULARLA BAĞLI DƏRC EDİLƏN MATERİALLARIN BİR HİSSƏSİ:

Ərinin bıçaq zərbələrindən Dilarə Zeynalova iflic olub – FOTO – VİDEO

Zorlama ilə başlayan faciə: Masallıdakı dəhşətli qətl hadisəsinin TƏFƏRRÜATI

Bakı Bulvarında sevgi dramının yeni TƏFƏRRÜATLARI

Manaf Ağayev: “Bir kəlməyə görə qadının başını kəsərəm” – VİDEO

Bakıda dəhşətli qətl: Qardaş üç uşağı olan bacısının boğazını kəsərək öldürdü

İntihar edən iki uşaq anasının məktubu ürək dağladı: “Haqqımı halal etmirəm” – FOTO

Nərmin Quliyevanın qətli ilə bağlı sensasion səs yazısı yayılıb – AUDİO

Problemi susmayaraq, onun həlli yollarını axtarmaq lazımdır. “Vagina mənimdir, kimə istəyirəm ona da verərəm!” şüarını qadın haqlarının müdafiəsi istiqamətindən uzaq, hətta zərərli adlandırmaq olar. Azərbaycanda qadın hüquq və azadlığını müdafiə etmək lazımdır və vacibdir, lakin bu cür – çirkin və hətta qismən əxlaqsız bir şəkildə deyil. Əsasən patriarxal cəmiyyətimizə  (xüsusən bölgələrdə) təsir göstərməyin düzgün yollarını seçməliyik. Bu plakat isə, paradoksal olaraq, feministlərin özlərinə qarşı yönəlmiş, hərəkətlərini pisləşdirən və hər şeyi sırf fizioloji səviyyəyə endirən güclü bir silah oldu.

Feministlərin aksiyası sadəcə plakatla kifayətlənmədi, orada çox eybəcərliklər oldu ki, bu da onların ünvanına tənqidləri daha da artırdı. Nümunə üçün, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu təhqir edən psixoloq Nərmin Şahmarzadə status yazaq aksiyada onun sinəsinin da iştirak etdiyni bildirmişdi:

“Aksiya ortasında polisin israrına dayana bilməyən məmədanım açıldı. Məmələrim də aksiyaya qoşulmuşdu”.

Digər statusunda isə polisin başını yan hissəsi ilə müqayisə edib:

“Formalı polsi var gücü ilə popoma təpik vurub. Şərəfsiz bilmir ki, mənim g***m belə onun başından azaddır”.

Razılaşaq ki, bu statuslar aksiyanın özünü də, onun iştirakçılarını da gözdən salır. Bu, nədir? Rüsvayçılıq, sırtıqlıq, ağılsızlıq? Hər kəsin bir cavabı olacaq. Lakin bu cür plakatlar qadın haqlarının müdafiə etmək əzəvinə, onlara zərər verir.

Bu hərəkat zamanı heç kəsi döyməyən, əksinə, fantastik səbrlilik nümayiş etdirən polis məmurlarının davranışlarında - qadınlara qarşı tolerantlıq səviyyəsindən xüsusi bəhs edilməlidir. Bu haqda çox danışmaq olar, daha yaxşısı videoya baxmaqdır:

Polisin səbrliliyinə, ona Rabiyə Məmmədovanın qışqırması zamanı – sadəcə qibtə etmək olar. Həmçinin fotodakı gənc sakit polisə də. Polis əməkdaşları feministlərə qarşı güc tətbiq etmədən, ictimai qaydanın pozulmasına yol vermədən çox düzgün, aydın hərəkət etdilər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidovun 1news.az-a verdiyi məlumata görə, özlərini feminist adlandıran bir qrup qadının şəhərin mərkəzində, əhalinin istirahət etdiyi, çoxsaylı iaşə və ticarət mərkəzlərinin olduğu ərazidə belə bir yürüş keçirməyə cəhd göstərmələri tamamilə qanunsuz hərəkət idi:

“Aksiya keçirmək üçün uyğun yer təklif edilsə də, onlar qəsdən həmin yerdən imtina edərək Fəvvarələr Meydanını seçiblər. Ona görə də asayiş keşikçiləri bu aksiyanı keçirməyə cəhd edənləri ərazidən uzaqlaşdırdı və bununla da ictimai asayişin pozulmasına imkan vermədi. Hətta, Fəvvarələr Meydanında bayramla əlaqədar istirahət edən, ticarət obyektlərində alış-verişə gələn insanlar da qanunsuz aksiyanın iştirakçılarına öz kəskin etirazlarını bildirirdilər.

Aksiyanın qarşısı alınarkən bir neçə nəfər saxlanıldı və izahedici söhbətlərdən sonra xəbərdarlıq edilərək sərbəst buraxıldılar”.

Sözsüz ki, qadınlar öz haqlarını bildirməli, onları qorumalı, zorakılığa, məruz qalanları müdafiə etməlidir. Lakin bu dəhşətli vəziyyəti dəyişdirmək məqsədi ilə ilk olaraq onu necə dəyişdirməli olduğumuzu dəqiq başa düşməliyik. Əks təqdirdə, tənqidlərin qarşısını almaq olmaz!

Elə etmək lazımdır ki, bu tələblərin ünvanlandırıldığı şəxslər hər şeyi düzgün anlasın. Əks halda vəziyyət yaranmasın. Bu gün feministlərin hərəkətləri qadın hüquqları uğrunda mübarizədən daha çox, təəssüf ki, yersiz hərəkət və təxribatlarla diqqəti cəlb etməyin xatırladır.

Bu vəziyyətdə, bu cür hərəkətlərin təşkilatçıları əslində gözləmədikləri əks reaksiya alacaqlar. Artıq bu, baş verir.

Elə təəssürat yaranır ki, bu gənc qızları feminist bayrağı altında əsl məqsədii bəlli olmayanlar idarə edir. Aysel Ələkbərzadəni intihar etməsinə səbəb olanlar bunu göstərir. Hüquq-mühafizə orqanlarının bu problemə diqqət yetir və son addımları bunun artıq baş verdiyini göstərir.

Feministlərin 8 mart aksiyasında qalmaqallı plakatı qaldıran qız intihara cəhd edib – FOTO

Eldar Sultanov: Aysel Ələkbərzadə feminist hərəkatının qurbanıdır

Tərcümə: S.Xankişiyeva

 

 

Paylaş:
11020

Son xəbərlər

ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, araşdırma aparılırBu gün, 14:30Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23
Bütün xəbərlər