“Sosial layihələr” müsabiqəsi – vətəndaş təşəbbüslərinə yeni yanaşma – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Sosial layihələr” müsabiqəsi – vətəndaş təşəbbüslərinə yeni yanaşma – FOTO

15:32 - 21 / 08 / 2019
“Sosial layihələr” müsabiqəsi – vətəndaş təşəbbüslərinə yeni yanaşma – FOTO

Cari ilin iyul ayında Heydər Əliyev Fondu “Sosial layihələr” adlı genişmiqyaslı müsabiqənin keçirilməsilə bağlı yeni təşəbbüs irəli sürüb.

Müsabiqənin rəhbəri Şahin Seyidzadə və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Layihələrin İdarəedilməsi şöbəsinin müdiri Cəmil Əliyev bu təşəbbüsün nədən ibarət olduğu, yenilikləri və xüsusiyyətləri haqqında 1news.az-a verdikləri müsahibə zamanı geniş məlumat veriblər.

“Bu, yeni ideyaların müəyyənləşdirilməsi üçün yaxşı platformadır. Həmçinin bunun vasitəsilə konkret sosial layihələr – həm ölkə, həm də müəyyən icma, kənd və küçə səviyyəsində öz həllini tapacaq. Vəzifəmiz müəyyən qrup insanların həyat şəraitinin yaxşılaşdırılması və bunun həyata keçirilməsi üçün doğru icraçı və ya icraçı qrupun təyini konsepsiyasını aşkar etməkdir. Ağıllı və təşəbbüskar insanlar axtarışındayıq. İnanırıq ki, yaxşı cəmiyyətin qurulması üçün istər kiçik, istərsə də böyük işlər vacibdir”, – Şahin Seyidzadə söyləyib.

Onun sözlərinə görə, müsabiqənin yeniliyinin üstünlüyü istər mövzuların seçilməsində, istər bir təşkilatın adından layihələrin sayına, istərsə də büdcəyə məhdudiyyət qoyulmamasındadır. Lakin sonuncu aydın əsaslandırılmış və effektiv olmalıdır.

“Cəsarətlə söyləyə bilərəm ki, bu, ölkəmizdə ilk təşəbbüsdür. İnanırıq ki, qeyri-hökumət sektoru, vətəndaş cəmiyyəti yeni mərhələyə, layihələrin hazırlanması və həyata keçirilməsində yeni yanaşmaya hazırdır”.

“Bu sosial layihələr müsabiqəsi bütün ölkəni əhatə edir və hər bir müraciət edən müsabiqədə bir neçə layihə təqdim edə bilər”, – RİİB-in şöbə müdiri Cəmil Əliyev bildirib.

Həmçinin o, sözlərinə əlavə edib ki, müsabiqədə təqdim edilmiş layihə Azərbaycanın dövlət proqramlarında və ya beynəlxalq sənədlərdə nəzərdə tutulmuş sosial layihənin inkişafı istiqamətində əsas məqsədlərdən birinə uyğun gəlməlidir.

2016-cı ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış RİİB ölkədə elm, təhsil, səhiyyə, sosial və mədəni sahələr, kənd təssərrüfatı, ekologiya, informasiya texnologiyaları, idman və s. sahələrdə çoxsaylı layihələrin həyata keçirilməsində iştirak edib.

“Məqsədimiz rəqəmsal texnologiyaların effektiv və sosial baxımdan səmərəli istifadəsinə, davamlı insan və təşkilat resurslarının, eləcə də texniki biliklərin formalaşmasına, cəmiyyətə uzunmüddətli fayda verilməsinə yönələn layihələri dəstəkləməklə yanaşı, regionların sosial inkişafına istiqamətlənib”, - Cəmil Əliyev bildirib.

C.Əliyev vurğulayıb ki, “Sosial layihələr” müsabiqəsinin həyata keçirilməsində RİİB-in əsas vəzifələrindən biri iştirakçılara bərabər imkanların yaradılması, layihə və ideyaların ədalətli seçiminin təmin edilməsidir:

“Təşəbbüs yalnız müraciət edənlər üçün açıq deyil. Həmçinin özəl sektor da korporativ sosial məsuliyyət çərçivəsində layihələri dəstəkləyərək əməkdaşlıq edə bilər”.

İctimai və tələbə-gənclər təşkilatından, könüllülük hərəkatı, universitet və s. sahələrdən də müraciətlərin qəbul olunması əhəmiyyətlidir. Təqdim olunan hər bir layihə müraciəti eyni təşkilatın digər müraciətləri ilə müqayisə edilmədən fərdi olaraq nəzərdən keçiriləcək.

“Avqustun əvvəlində, müraciətlərin qəbulu başlandığı bir neçə gün ərzində onlarla layihə qeydiyyat üçün müraciət edib. Həmçinin təşkilat və vətəndaşlardan da suallarla bağlı onlarla zəng qəbul etmişik. Nəzərə alsaq ki, hazırda istirahət mövsümüdür payızın əvvəlində müraciət edənlərin daha çox fəallığını gözləyirik”, – Şahin Seyidzadə deyib.

Müraciətlər noyabrın 20-nə qədər qəbul edilir, lakin son tarixi gözləmədən bu gün də müraciət etmək olar. Yəni təqdim edilmiş bütün müraciətlərə dərhal baxılaraq yaxın zamanda cavablandırılacaq.

“Layihələri tez təqdim edənlər müraciətlərinə daha erkən baxılmasına əmin ola bilərlər. Müraciət edənlərin diqqətinə çatdırmaq istərdik ki, mütəxxəsislərin cəlb edilməsi, layihələrin nəzərdən keçirilməsi və seçilməsi – zaman tələb edən məsuliyyətli prosesdir. Aydın məqsədli, ağlabatan büdcəli və müəyyən zamana hesablanmış layihələr gözləyirik. Həmçinin ideyalardan əlavə, müraciət edənlərin insani və təşkilati imkanları da nəzərə alınacaq. Çalışın anladığınız, təcrübə və ixtisas sahibi olduğunuz mövzularla bağlı layihələr təqdim edin”, – Ş.Seyidzadə qeyd edib.

Layihənin qiymətləndirilməsi zamanı onun məzmunu, məqsədi, təqdim edilmiş planı, proqnozlaşdırılmış effekti, büdcənin göstərilən məqsədlərlə mütənasibliyi də nəzərə alınacaq. İlk layihələrin istifadəyə verilməsi bu ilin sentyabrında planlaşdırılır.

Ş.Seyidzadənin sözlərinə görə, Heydər Əliyev Fondu bu müsabiqədə seçilmiş layihələrin kəmiyyətinə məhdudiyyət qoyulmaması ilə fərqlənir. Həmçinin Fond tərəfindən hər bir layihəyə göstəriləcək dəstəyin həcminə də limit qoyulmur:

“Dəstək yalnız maliyyə baxımından deyil, həmçinin təşkilati, marketinq və ekspert, yəni hər bir müəyyən vəziyyətdə tələb olunan şəkildə göstəriləcək”.

Seçilmiş müraciətlər layihənin həyata keçirilməsi üçün Fond tərəfindən həmin müddətdən 12 aya qədər dəstək alacaq. Layihə pilot olaraq təqdim edilə bilər, gələcəkdə uğurlu həyata keçirilərsə davam edə və genişləndirilə bilər.

Ş.Seyidzadənin sözlərinə görə, layiqli layihələr seçildikdən sonra vahid tematik kampaniya çərçivəsində birləşdirilməsi də istisna deyil:

“Məqsədimiz – coğrafiya, sosial qrup və mövzunun geniş əhatələnməsidir. Bununla yanaşı, anlayırıq ki, istənilən layihənin ağlabatan hədəfləri var. Layihələr müstəqil ekspert rəyləri əsasında da seçiləcək.

Bir sözlə, cəmiyyətin xeyrinə çalışmaq və öz ideyasını həyata keçirmək istəyən düşünən insanlar üçün ən çevik mexanizm yaradılıb”.

“Sosial layihələr” müsabiqəsində iştirak etmək üçün RİİB-in saytı vasitəsilə müraciət formasını doldurmaqla qeydiyyatdan keçə bilərsiniz. 

1news.az

 

Paylaş:
6149

Son xəbərlər

24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21
Bütün xəbərlər