Belçikadakı məscidlərə təhdidməktubları göndərilib | 1news.az | Xəbərlər
Dünya

Belçikadakı məscidlərə təhdidməktubları göndərilib

15:43 - 24 / 11 / 2015
Belçikadakı məscidlərə təhdidməktubları göndərilib

Noyabrın 13-də Parisdə baş verən terror hadisəsindən sonra əsas diqqət Belçikanın paytaxtı Brüsselə yönəlib.

1news.az xarici mətbuata istinadla xəbər verir ki, artıq bir neçə gündür terror təhlükəsinin ən yüksək həddə çatdığı Belçikanın paytaxtı Brüsseldə məscidlərə hədə dolu məktublar gəlir.

Məktubun birində yazılıb:

“Xristian dövlətihücumlar nəticəsində öldürülənlərin əvəzini çıxacaq. Heç bir məscid və iş yerinizdən yan keçməyəcəyik”. Bundan əlavə, məktublarda “tək Molenbeek müsəlmanları deyil, bütün müsəlmanlar hədəfə alınıb” – təhdidləri də yazılıb.

Şəhər rəhbərliyi həqiqətən də ciddi təhlükə qarşında olduqlarını etiraf edərək, ölkədə islamafobiyanın getdikcə artmasından narahatlıqlarını ifadə ediblər.

1news.az

Paylaş:
603

Son xəbərlər

Bütün xəbərlər