Türkiyədə ən çox iraqlılara mənzil satılıb | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə ən çox iraqlılara mənzil satılıb

17:55 - 22 / 11 / 2015
Türkiyədə ən çox iraqlılara mənzil satılıb

Bu ilin oktyabr ayında Türkiyədə mənzil alışı ötən ilin eyni dövrünə nisbətən 8,8% artıb.

1news.az-ın Türkiyə Statisika İdarəsinə istinadən verdiyi xəbərə görə, ötən ay satılan evlərin sayı əvvəlki aya nisbətən 12,6% artaraq 104 098-ə çatıb.

Türkiyədə satılan mənzillərin ən çox hissəsi, yəni 18 468-i və ya 17,7%-i İstanbulun payına düşür. İkinci yerdə 11 028 mənzil, yaxud 10,6%-lə Ankara, üçüncü yeri isə 5 987 mənzil və ya 5,8%-lə İzmir tutur.

Türkiyədə mənzil satışında azalma müşahidə edilən əyalətlər sırasında əsas yerləri 9 mənzillə Hakkari, 18 mənzillə Ərdahan və 51 mənzillə Bayburt tutur.

Məlumata görə, xaricilərə satılan mənzillərin sayında da 23,8% artım müşahidə edilib və sayı 2 236-ya çatıb.

Türkiyədə ən çox ev alan xarici ölkə vətəndaşları arasında liderlik iraqlılara məxsusdur. Onlar oktyabrda 430 mənzil alıblar. Növbəti yerlərə Səudiyyə Ərəbistanı (325), Rusiya (191), Küveyt (142) və İngiltərə (133) vətəndaşları tutur.

Xaricilərin aldığı mənzillərin 780-i İstanbul, 567-si Antalya, 136-sı Bursa, 118-i Yalova, 103-ü Aydın və 102-si isə Muğlanın payına düşür.

1news.az

 

Paylaş:
633

Son xəbərlər

Bütün xəbərlər