Rusiya Türkiyəyə qarşı xüsusi iqtisadi sanksiyalar tətbiq edir
Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlər tətbiq edilməsi haqqında fərman imzalayıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, fərmana əsasən Türkiyədən Rusiyaya müəyyən malların gətirilməsinə qadağa və ya məhdudiyyət qoyulur. Qadağa və məhdudiyyətlər, həmçinin türk şirkətlərinin fəaliyyətinə və Türkiyə vətəndaşlarının işə götürülməsinə də aiddir.
İmzalanmış fərmanda V.Putin Türkiyə ilə vizasız rejim haqqında sazişin qüvvəsinin 2016-cı il yanvarın 1-dən etibarən birtərəfli qaydada dayandırılmasına qərar verib.
Sənəddə digər iqtisadi tədbirlər də nəzərdə tutulur.
1news.az
718