Ərdoğan: “Türk HHQ Su-24 təyyarəsini vurarkən onun Rusiyaya məxsus olduğunu bilmirdilər”
Türkiyə rəhbərliyi ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) Rusiyanın hərbi təyyarəsini vurduğunu bu məlumat Rusiya Müdafiə Nazirliyi tərəfindən təsdiq olunduqdan sonra bilib.
1news.az xəbər verir ki, bunu Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İstanbulda beynəlxalq İslam İqtisadi Konqresində bildirib.
“Təyyarənin Rusiya Federasiyasına məxsus olduğu yalnız Rusiya rəhbərliyi bu barədə bəyanat verdikdən sonra məlum oldu”, - deyə, Ərdoğan bildirib.
1news.az
1095