Tunisdə terrorçu-kamikadze prezident mühafizəçilərinin olduğu avtobusu partladıb
Tunisdə terrorçu-kamikadze prezident mühafizəçilərinin olduğu avtobusa yaxınlaşaraq özünü partladıb, nəticədə azı 12 nəfər ölüb.
1news.az euronews-a istinad edərək xəbər verir ki, partlayış nəticəsində 17 nəfər də yaralanıb.
İnsident terror aktı kimi qiymətləndirilir. Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Ölkə başçısı Beji Kaid əs-Sebsi hadisə ilə əlaqədar 30 gün fövqəladə vəziyyət elan edib. Bundan əlavə, Tunisdə səhər 5-dən axşam 9-a qədər komendant saatı da fəaliyyətə başlayıb.
1news.az
611