Yaponlar Paris terrorunun Yaponiyada təkrarından qorxur | 1news.az | Xəbərlər
Dünya

Yaponlar Paris terrorunun Yaponiyada təkrarından qorxur

16:37 - 29 / 11 / 2015
Yaponlar Paris terrorunun Yaponiyada təkrarından qorxur

Yaponların təqribən 80%-i Parisdə törədilmiş terror aktlarının Yaponiyada təkrarının mümkünlüyünə inandıqlarını bildirib. Bunu Kyodo agentliyinin apardığı ictimai sorğunun nəticələri təsdiq edir.

1news.az AZƏRTAC-a istinadla xəbər verir ki, respondentlərin 79,7%-i güman edir ki, Fransada törədilmiş terror aktlarının Yaponiyada təkrar olunması tamamilə mümkündür. Bundan əlavə, rəyi soruşulanların 56,3%-i Paris faciəsindən dərhal sonra hökumətin fövqəladə iclasının keçirilməməsindən narazılıqlarını bildirib.

Baş nazir Şinzo Abe başda olmaqla Yaponiya hökuməti Parisdə baş vermiş faciədən sonra əhalinin təhlükəsizliyinin təmin olunması ilə əlaqədar tədbirlərin gücləndirilməsi ilə bağlı müxtəlif planlar barədə dəfələrlə bəyan edib. Rəsmi Tokio Yaponiya Xarici İşlər Nazirliyi yanında Beynəlxalq Terrorizm Haqda İnformasiyaların Toplanması Mərkəzinin yaradıldığını elan edib.

Eyni zamanda, hökumətdən bildiriblər ki, 2020-ci ildə Tokio Yay Olimpiya Oyunları zamanı qonaqların və idmançıların təhlükəsizliyinin təmin olunması ilə bağlı kompleks tədbirlər planı üzərində də iş davam edir.

1news.az

Paylaş:
525

Son xəbərlər

Bütün xəbərlər