Terrorizmlə mübarizədə arılardan istifadə oluna bilər | 1news.az | Xəbərlər
Dünya

Terrorizmlə mübarizədə arılardan istifadə oluna bilər

16:05 - 30 / 11 / 2015
Terrorizmlə mübarizədə arılardan istifadə oluna bilər

Güclü qoxubilmə qabiliyyətinə malik bal arıları İtaliya təhlükəsizlik qüvvələri tərəfindən terror təhlükəsinin qarşısının alınması üçün istifadə oluna bilər.

1news.az AZƏRTAC-a istinadla yaydığı məlumata görə, daha öncə ABŞ-da və Böyük Britaniyada aparılmış tədqiqatlar partlayıcı qurğuların aşkarlanmasında arılardan istifadənin mümkünlüyü ilə bağlı nəticəyə gəlib. Bu araşdırma İtaliyada da maraqla qarşılanıb. Belə ki, artıq bu ölkədə antiterror tədbirlərində yardımçı qüvvə olaraq “arı ordusu” yetişdiriləcək.

Florensiyada fəaliyyət göstərən enerji və ətraf mühit üzrə tədqiqatlar mərkəzinin nümayəndəsi Marino Quaranta bildirib ki, bal arıları mükəmməl qoxubilmə qabiliyyətləri ilə hava limanlarında, dəmiryol stansiyalarında və bu kimi digər məkanlarda partlayıcı qurğuların aşkarlanması və mümkün terror cəhdlərinin qarşısının alınması üçün istifadə oluna bilər.

İtaliyanın Kənd Təsərrüfatı, Ərzaq və Meşəçilik Siyasəti Nazirliyi Bolonyada bir neçə il bundan əvvəl müvafiq istiqamətdə başladılmış “Apiboom” layihəsinə dəstək olub.

1news.az

Paylaş:
476

Son xəbərlər

Bütün xəbərlər