Qazaxıstan prezidenti Rusiya ilə Türkiyəni vurulan Su-24 təyyarəsini birgə araşdırmağa çağırıb | 1news.az | Xəbərlər
Dünya

Qazaxıstan prezidenti Rusiya ilə Türkiyəni vurulan Su-24 təyyarəsini birgə araşdırmağa çağırıb

16:36 - 30 / 11 / 2015
Qazaxıstan prezidenti Rusiya ilə Türkiyəni vurulan Su-24 təyyarəsini birgə araşdırmağa çağırıb

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Rusiya ilə Türkiyəni vurulmuş rus təyyarəsini birlikdə araşdırmağa və münasibətlərini düzəltməyə çağırıb.

Bu haqda 1news.az TACC-a istinadla xəbər verir.

 “Nə qədər çətin olsa da, hesab edirəm ki, birlikdə komissiya (insidentin səbəbini araşdırmaq üzrə) təşkil edilməli, onu tezliklə başa çatdırmalı, günahkarlar müəyyən edilməli, cəza və səhvlər etiraf olunmalı və münasibətlər bərpa olunmalıdır. Mən buna dostlarımızı – həm Rusiyada, həm də Türkiyədə çağırıram”, - bu haqda Nazarbayev respublika vətəndaşlarına illik müraciətində bildirib.

Xatırladaq ki, noyabrın 24-də Türkiyə HHQ Rusiyaya məxsus Su-24 bombardmançısını Ankaranın təsdiq etdiyinə görə, Suriya ilə sərhəddə ölkənin hava məkanını pozduğu üçün vurub.

1news.az

Paylaş:
767

Son xəbərlər

Bütün xəbərlər