Rusiya KİV-ləri qadağan olunmuş türk məhsullarının siyahısını dərc edib

Rusiya hökuməti Türkiyədən dondurulmuş iribuynuzlu mal-qara əti, süd məhsulları, meyvə və tərəvəz, ev quşlarının əti, eləcə də dəniz məhsullarının tədarükünü qadağan edə bilər.
1news.az РИА Новости-yə istinadla xəbər verir ki, Türkiyəyə qarşı iqtisadi tədbirlərin əksi olan tam siyahı dekabrın 1-də dərc ediləcək.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlərin görülməsinə dair fərman imzalayıb. Fərman artıq qüvvəyə minib.
Xatırladaq ki, bundan əvvəl Rusiyanın dövlət başçısı 2016-cı il yanvarın 1-dən Türkiyə ilə viza rejiminin dayandırılmasına dair göstəriş verib. V.Putin, bundan başqa, gələn il yanvarın 1-dən etibarən Türkiyə vətəndaşlarının Rusiyada işə götürülmələrinə də qadağa qoyub.
1news.az