Davudoğlu: “Türkiyə heç kimdən üzr istəməyəcək”
Heç kim bizim üzr istəməyimizi gözləməsin.
1news.az TACC-a istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdən sonra təşkil edilən mətbuat konfransında bəyan edib.
Baş nazir deyib:
“Türkiyənin sərhədlərini qoruması onun beynəlxalq vəzifəsidir. Heç kim bizdən vəzifəmizi icra etdiyimizə görə üzr gözləməsin! Türkiyə Rusiya ilə olan münaqişənin gərginləşməsini istəmir və dialoq aparmağa hazırdır. Rəsmi Ankara Rusiya və digər tərəfdaşları ilə münasibətlərinin yaxşı olmasını arzu edir”.
1news.az
778