Türkiyə Avropa İttifaqı ilə vizasız rejimə keçə bilər | 1news.az | Xəbərlər
Dünya

Türkiyə Avropa İttifaqı ilə vizasız rejimə keçə bilər

14:35 - 30 / 11 / 2015
Türkiyə Avropa İttifaqı ilə vizasız rejimə keçə bilər

Avropa Komissiyasının başçısı Jan-Klod Yunker Türkiyənin bütün vacib şərtləri yerinə yetirəcəyi təqdirdə 2016-cı ilin payızınadək Avropa İttifaqı (Aİ) ilə vizasız rejimə keçə biləcəyini bildirib. Bu məsələ Aİ-Türkiyə sammiti çərçivəsində müzakirə edilib.

1news.az TACC informasiya agentliyinə istinadla xəbər verir ki, viza liberallaşdırılması readmissiya ilə bağlıdır.

Türkiyənin Baş naziri Əhməd Davudoğlu öz növbəsində Ankaranın 2016-cı ilin yay aylarında vizasız rejimə nail olmaq üçün Aİ ilə readmissiya (Aİ ölkələrindən çıxarılan vətəndaşlarının qəbulu) üzrə razılaşmanı yerinə yetirəcəyini deyib.

Onun sözlərinə görə, gələn ilin martında Aİ vizasız rejimə doğru irəliləyiş üzrə hesabat təqdim edəcək, iyul ayında isə Türkiyə razılaşmanın şərtlərini reallaşdırmağa başlayacaq. Bundan sonra Ankara viza rejiminin liberallaşmasında sürətli irəliləyişə ümid edir.

Sammitdə mühacir böhranının həlli məqsədilə Türkiyəyə 3 milyard avro ayrılması vəd olunub. Əhməd Davudoğlunun fikrincə, sammit ölkəsinin Aİ-yə üzvlük məsələsində də şanslarını artırır.

1news.az

Paylaş:
781

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər