“Air France” Parisdəki terror aktlarına görə müştərilərinin bir hissəsini itirib | 1news.az | Xəbərlər
Dünya

“Air France” Parisdəki terror aktlarına görə müştərilərinin bir hissəsini itirib

10:52 - 20 / 11 / 2015
“Air France” Parisdəki terror aktlarına görə müştərilərinin bir hissəsini itirib

“Air France” aviaşirkəti Parisdə törədilən terror aktlarına görə müştərilərinin bir hissəsini itirib.

1news.az Reuters-ə istinadən verdiyi xəbərə görə, aviaşirkət dəyən ziyanın həcmini hələlik müəyyənləşdirməyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Los Ancelesdən Parisə uçan təyyarə təhlükəsizlik baxımından marşrutunu dəyişərək Yuta ştatındakı Solt-Leyk-Siti hava limanında enib.

Bundan başqa, Parisdə törədilən terror aktlarından sonra Fransanın turizm sahəsi 3 mlrd. dollar ziyan çəkib.

1news.az

Paylaş:
525

Son xəbərlər

Bütün xəbərlər