Malidə silahlılar oteldə çoxlu sayda girov götürüblər | 1news.az | Xəbərlər
Dünya

Malidə silahlılar oteldə çoxlu sayda girov götürüblər

13:42 - 20 / 11 / 2015
Malidə silahlılar oteldə çoxlu sayda girov götürüblər

Malinin paytaxtı Bomako şəhərində silahlı şəxslər “Radisson” otelində 170 nəfəri girov götürüblər.

1news.az interfax.ru-ya istinadla verdiyi məlumata görə, girovlardan 140-ı qonaq, 30 nəfəri isə otel əməkdaşıdır. Otelə giriş və çıxış qadağan edilib. Silahlılar otelə “Allahu-əkbər” deyərək qışqıra-qışqıra daxil olublar. Hüquq-mühafizə orqanlarının qüvvələri oteli mühasirəyə alıblar. Hazırda otel binasında atışmalar gedir. Yerli təhlükəsizlik xidmətinin nümayəndəsi oteldə 10-a yaxın silahlı şəxsin olduğunu bildirib.

Son məlumatlara görə, silahlı şəxlər artıq 3 nəfəri öldürüb.

1news.az

Paylaş:
468

Son xəbərlər

Bütün xəbərlər