Ukrayna pasportunda rus dilindən imtina
Ukrayna prezidenti Petro Poroşenko Ukrayna pasportundan rus dilində yazının çıxarılmasını təklif edib.
1news.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin rəsmi saytı məlumat yayıb.
Poroşenko Ukraynanın qərbə inteqrasiyasını əsas gətirərək pasportda ikinci mətnin ingilis dilində yazılmasını təklif edib.
Prezident artıq hökumətə müvafiq müraciət göndərdiyini qeyd edib. Eyni zamanda o, daha əvvəl də ingilis dilinə Ukraynada ikinci əsas dil statusu verilməsini təklif etmişdi.
1news.az
477