İşid terrorçuları Ağ evi qaraya bürüməyə söz verib
“İraq Şam İslam Dövləti” teror qruplaşması növbəti videomüraciət yayıb və ABŞ-da Ağ evi partladacağına söz verib.
1news.az xəbər verir ki, 13 noyabrda Parisdə baş verən terrorun nümayiş olunduğu videoda İŞİD silahlıları kadrda görünərək ABŞ və Fransa prezidentləri Barak Obama və Fransua Ollandı təhdid edib. Yeni terror aktları törədəcəklərini bildiriblər. Terrorçuların sözlərinə görə Fransa ilk idi. Bundan sonra növbə Vaşinqtonundur.
“Bİz sizdən başladıq, odlu silahımızla qaraya boyayacağımız Ağ evlə tamamlayacağıq”-deyə terorçular bəyanat verib. Hal-hazırda bu videonun həqiqətən də terrorçular tərəfindən hazırlanıb- hazırlanmadığı araşdırılır.
465