Məhkəmə “Evrobank"ın xeyrinə çıxardığı qətnamıni dəyişmədi | 1news.az | Xəbərlər
Dünya

Məhkəmə “Evrobank"ın xeyrinə çıxardığı qətnamıni dəyişmədi

16:08 - 20 / 11 / 2015
Məhkəmə “Evrobank"ın xeyrinə çıxardığı qətnamıni dəyişmədi

Koreya Respublikasının “Daewoo İnternational Corporation” şirkətinin “Evrobank” Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı apellyasiya şikayəti üzrə məhkəmə işi başa çatıb.

1news.az “Report”a istinadən xəbər verir ki,  hakim Həmid Həmidovun sədrliyi ilə keçirilən iclasda Koreya şirkətinin iddiası təmin edilməyib.

Birinci instansiya məhkəməsinin “Evrobank"ın xeyrinə çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, bu il Koreya şirkəti bankı məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Daewoo İnternational Corporation” şirkəti borcun və dəymiş zərərin ödənilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı təmin etməyib.

Xatırladaq ki, “Evrobank”ın lisenziyası Mərkəzi Bank tərəfindən ləğv olunub.

Paylaş:
612

Son xəbərlər

Bütün xəbərlər