“Türk Hava Yolları”na məxsus təyyarə Kanadada məcburi eniş edib

Nyu-Yorkdan İstanbula uçan “Türk Hava Yolları”na (THY) məxsus sərnişin təyyarəsi terror təhlükəsi səbəbindən Kanadada məcburi eniş edib.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, 256 sərnişin polisin müşayiəti ilə göyərtədən endirilib. Sonra təyyarədə axtarış aparılıb. Ən son məlumata görə, təyyarədə partlayıcı aşkarlanmayıb.
1news.az
530