Türkiyə parlamenti yeni sədr seçir | 1news.az | Xəbərlər
Dünya

Türkiyə parlamenti yeni sədr seçir

18:09 - 22 / 11 / 2015
Türkiyə parlamenti yeni sədr seçir

Yeni tərkibli Türkiyə Böyük Millət Məclisinə (TBMM) sədr seçkisi ilə bağlı səsvermə başlayıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, parlament Dəniz Baykalın müvəqqəti sədrliyi ilə fəaliyyət göstərir.

Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CXP), Millətçi Hərəkat Partiyası (MHP) və Xalqların Demokratik Partiyası (XDP) yeni parlamentə sədrlik yerinə iddiaçı olsalar da, TBMM-yə rəhbərlik etmək imkanı AKP-yə məxsusdur.

AKP parlament sədrliyinə İstanbuldan millət vəkili seçilən İsmail Kahramanın namizədliyini irəli sürüb. Lakin yeni parlamentdə 316 mandata sahib olan AKP-nin səsvermənin birinci və ikinci turlarında Türkiyə Böyük Millət Məclisinə sədr postuna sahib çıxmaq ehtimalı çox aşağıdır. Çünki iddialı şəxslər yalnız 367-dən yuxarı sayda deputatın səsinə sahib olmaqla parlamentə sədr seçilə bilərlər.

Mövcud mandat bölgüsünə görə, heç bir namizəd bu sayda səs toplamaq imkanında deyil. Belə olan halda üçüncü tur səsvermədə 276 səs qazanan namizəd parlamentin sədri seçiləcək. Lakin əgər səsvermənin dördüncü turuna zərurət yaransa, bu halda mübarizə əvvəlki səsvermələrdə ən çox səs toplayan iki namizəd arasında aparılacaq.

Belə olan halda ən çox səs toplayan namizəd sədr seçiləcək. Bütün bunlar onu deməyə əsas verir ki, AKP namizədinin səsvermənin üçüncü turunda Türkiyə Böyük Millət Məclisinə sədr postuna sahib olmaq şansı daha böyükdür.

1news.az

 

Paylaş:
455

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər